Yüklənir...
Location: Bakı
Vəzifə Öhdəlikləri Bazar və Trend Təhlili: Bazarın cari vəziyyətini, inkişaf tendensiyalarını və ödəniş sistemlərindəki yenilikləri mütəmadi izləmək və təhlil etmək. Rəqib Analizi: Rəqiblərin məhsul, xidmət və qiymət strategiyalarını araşdırmaq, rəqabətə uyğun təkliflər hazırlamaq. Potensial Müştəri və Partnyorların Müəyyənləşdirilməsi: Bazar araşdırmaları əsasında yeni B2B tərəfdaş və müştəri imkanlarını aşkar etmək. Yeni Məhsul və Xidmət İdeyaları: Şirkətin maliyyə dövriyyəsini artırmağa yönəlmiş yeni xidmət və konsept təklifləri irəli sürmək. Strategiya və Biznes Planlara Dəstək: Strateji inkişaf və biznes planların hazırlanmasında analitik data və məlumat dəstəyi təmin etmək. Müştəri və Bazar Sorğularının Keçirilməsi: Hədəf auditoriyanın tələbat və gözləntilərini öyrənmək üçün araşdırma və sorğular təşkil etmək. Daxili Strukturlarla Koordinasiya: Araşdırmaların nəticələrini və lazımi analitik materialları aidiyyəti şöbələrlə bölüşmək. Satış və Partnyorluq Kanallarına Dəstək: Bazar göstəriciləri əsasında tərəfdaşlıq və satış strategiyalarının formalaşdırılmasına köməklik göstərmək. Daxili Proseslərə Tərəfdaşlıq və Təkliflər: Biznesin inkişafı naminə daxili strukturların gedişatını izləmək və təkmilləşdirici təkliflər vermək. Hesabatlılıq: Görülən işlər, bazar dinamikası və rəqib təhlilləri barədə rəhbərliyə mütəmadi (həftəlik/aylıq) hesabatlar təqdim etmək. İş Şəraiti Ofis daxili; İş rejimi: həftənin 5 günü (09:00–18:00); Əmək haqqının 15 gündən bir ödənilməsi; Təşəbbüskar təkliflərin dəyərləndirilməsi; Tibbi sığorta təminatının verilməsi; Nahar yeməyinin təmin olunması; “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi. Tələb Olunan Bacarıqlar Ofis proqramlarını bilməli (WordExcelPowerPoint və s.). Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.