Yüklənir...
Location: Bakı
Namizədlər üçün vacib qeyd: Yalnız Hökməli, Sulutəpə və Qobu ərazilərində yaşayan və şəxsi avtomobili olan namizədlərin müraciət etməsi xahiş olunur. Vəzifə öhdəlikləri Hökməli, Sulutəpə və Qobu ərazilərində yaşayan, şəxsi nəqliyyat vasitəsi olan namizədlərə üstünlük verilir. Təhkim olunmuş ərazidəki terminalların açarlarının, avadanlıqların, əmlakın və ehtiyat hissələrinin daimi mövcudluğuna və qorunmasına nəzarət etmək; Terminalların fasiləsiz və uzunmüddətli fəaliyyətini təmin etmək məqsədilə profilaktik baxış və texniki xidmət işlərini, eləcə də cari təmir-bərpa işlərini həyata keçirmək; Təhkim olunduğu ərazini coğrafi baxımdan yaxşı tanımaq; Ərazi üzrə görülən texniki işlərə dair məlumatları düzgün və dolğun şəkildə hazırlayaraq aparıcı texnikə elektron poçt vasitəsilə təqdim etmək; Müəyyən edilmiş iş rejiminə və əraziyə çıxış-qayıdış qaydalarına riayət etmək; İş vaxtının bitməsinə az qalmış terminalda müştəri kartının qalması halında, kartın çıxarılmasını təmin etmək üçün dərhal müvafiq ünvana getmək; Terminalın daxilində, pulqəbuledici hissəsində və kasetlərdə aşkar edilən pul vəsaitlərinin təlimata uyğun olaraq müvafiq hesaba keçirilməsini təmin etmək. Bu mümkün olmadıqda, vəsaitləri ofisə gətirərək rəhbərinə təhvil vermək; Zərurət yarandıqda görülən işləri foto və qısa video görüntülərlə qeydə almaq; Geyim formasının və xarici görünüşünün daim səliqəli olmasını təmin etmək; Rəhbərlik, iş yoldaşları, terminalın quraşdırıldığı obyektlərin nümayəndələri, abonentlər və digər şəxslərlə ünsiyyətdə etik davranış qaydalarına riayət etmək; Texniki bilik və bacarıqlarını mütəmadi olaraq inkişaf etdirmək; Verilən tapşırıqları operativ və çevik şəkildə yerinə yetirmək. Tələb olunan bilik və bacarıqlar Windows 7 əməliyyat sisteminin yazılması və quraşdırılması, müvafiq drayverlərin tam şəkildə yüklənməsi bacarığı; Linux əməliyyat sistemi üzrə biliklər; Sistem blokunun daxili quruluşu və aparat təminatı (Hardware) haqqında biliklər; Gərginlik, cərəyan və müqavimət arasındakı əlaqə, Om qanunu üzrə ilkin biliklər. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.