Daxili Auditor - Norm OJSC

Location: Bakı

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km Tələblər: CIPS sertifikasiyasına üstünlük verilir; İqtisadi sahədə (Maliyyə, Mühasibatlıq, Audit və s. ) ali bakalavr təhsili; Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi; Azərbaycan və İngilis dillərini mükəmməl bilmək; MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzuolunandır; CIA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək; Süni İntellekt alətləri və onların audit fəaliyyətində tətbiqi üzrə biliklərə malik olmaq üstünlükdür. Tələb olunan kompetensiyalar: Müştəriyönümlülük Əməyin mühafizəsi qaydalarından xəbərdar olma Bütövlük Yenilikçilik Əsas vəzifə və öhdəliklər: Daxili audit layihələrinin aparılmasında iştirak etmək;  Daxili audit layihələrinin həyata keçirilməsi üzrə iş proqramını tərtibində iştirak etmək və icrasına məsul olmaq; Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında işçi faylları, memorandumlar, aktlar və s. hazırlamaq; Daxili audit tapşırıqları zamanı risklərin qiymətləndirilməsini aparmaq; Audit olunan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək, rəy formalaşdırmaq və nöqsanların aradan qaldırılması istiqamətində praktik tövsiyyələr vermək; Audit layihələri üzrə hesabatları düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq; Daxili auditin aparılması üzrə yeni istiqamətlərin və qabaqcıl təcrübənin mütəmadi olaraq öyrənilməsi; Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq; Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək. Biz nə təklif edirik: Könüllü tibbi siğorta Nəqliyyat Şəxsi və peşəkar inkişaf imkanları İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti Digər imtiyazlar CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.