Yüklənir...
Location: Bakı
Təsvir Təmir-tikinti işlərinin gedişatına nəzarət etmək məqsədilə tikinti sahələrinə mütəmadi səfərlər həyata keçirmək, görülən işlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq və nəticələr üzrə yazılı rəy hazırlamaq. Smeta sənədləri ilə Forma 2 hesabatlarını müqayisə etmək, görülmüş işlərin həcmini və dəyərini yoxlamaq, aşkar edilmiş fərqləri təhlil etmək. İcra olunmuş təmir-tikinti işlərini yerində yoxlamaq və inşaat mühəndislərindən təhvil almaq, müəyyən edilmiş uyğunsuzluqlar üzrə qüsur aktlarını tərtib etmək. Təmir-tikinti işləri zamanı aşkar edilən texniki uyğunsuzluqlar və çatışmazlıqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq, onların aradan qaldırılması prosesini izləmək. Təmir-tikinti proseslərinin gedişatı, görülmüş işlərin nəticələri və aşkar edilmiş uyğunsuzluqlar üzrə mütəmadi hesabatlar hazırlamaq və Təmir-tikintiyə nəzarət üzrə Baş mühəndisə təqdim etmək. Təmir-tikintiyə nəzarət üzrə Baş mühəndisin tapşırıqlarını müəyyən edilmiş müddətlərdə və müvafiq texniki tələblərə uyğun şəkildə yerinə yetirmək. Tələblər İnşaat mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil; Təmir-tikinti işləri və tikinti proseslərinə nəzarət sahəsində iş təcrübəsi; Smeta sənədləri və Forma 2 hesabatları ilə işləmək bacarığı; Tikinti norma və qaydaları, texniki standartlar və layihə sənədləri üzrə biliklər; Görülmüş işlərin həcmini və keyfiyyətini qiymətləndirmək, texniki uyğunsuzluqları müəyyən etmək bacarığı; Microsoft Excel və digər ofis proqramları ilə işləmək bacarığı; Texniki sənədlərin hazırlanması, hesabatların tərtib edilməsi və yazılı rəy verilməsi bacarığı; Analitik düşünmə, diqqətlilik və detallara həssas yanaşma; Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı; Tikinti sahələrinə mütəmadi səfərlər etmək imkanı. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Yanacaq və Amortizasiya xərcləri Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.