Xəzinədar - Premium Bank

Location: Bakı

“Premium Bank” ASC “Xəzinədar” vakansiyasını elan edir. İşin təsviri Müştərilərlə mədaxil-məxaric əməliyyatlarının aparılması; Valyuta mübadilə əməliyyatlarının aparılması; Əməliyyatları icra edərkən real vaxt rejimində Bank proqramında əks etdirilməsi; Hazır plastik kartlarin qorunub saxlanması və müştərilərə təqdim edilməsi; Pulların sayılması formalaşdırılması və çeşidlənməsi; Qiymətli kağızların və digər qiymətlilərin,ştampların, plombların, bank sənədlərinin təhlükəsiz saxlanılması; Lazım gəldikdə xəzinə açarının və parolunun saxlanılması; Günün əvvəli və sonu xəzinə qalıqlarının uçot uzrə uyğunluğunun yoxlanılması; Günün sonu xəzinə kitabının yazılması və digər arayışların hazırlanması; Xəzinə limitlərinə nəzarət olunması və inkassasiya işinin təşkili; Bank sənədlərinin tamlığının qorunması , vaxtı çatdıqda arxivə təhvil verilməsi. Namizədə dair tələblər Yüksək ünsiyyət bacarığı; Komandada işləmək bacarığı və təzyiqə davamlılıq; Nağd pul əməliyyatları və xəzinə uçotu üzrə biliklər; Ali təhsil və Bank sahəsində təcrübə; Azərbaycan dilində səlis danışmaq. Rus və ingilis dillərini bilmək üstünlük sayılır. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Xəzinədar” qeyd etməklə  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.