Location: Bakı
Vəzifə öhdəlikləri: Ofisə daxil olan qonaqların qarşılanması və yönləndirilməsi; Daxil olan zənglərin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi; Sənədlərin, məktubların və kuryer göndərişlərinin qəbul və təhvil verilməsi; Ofisə gələn qonaqlar və görüşlər üzrə koordinasiyanın aparılması; Reception zonasının səliqəli və təşkilati vəziyyətinin təmin edilməsi; Gündəlik inzibati işlərdə HR və digər şöbələrə dəstək göstərilməsi; Şirkət daxili kommunikasiya və qonaq xidmətinin yüksək səviyyədə təmin edilməsi. Namizədə tələblər: Ali və ya orta ixtisas təhsili; Reception, administrator və ya müştəri xidməti sahəsində təcrübə arzuolunandır; Azərbaycan dilində səlis danışıq; İngilis və/və ya rus dili biliyi üstünlükdür; MS Office proqramlarından istifadə bacarığı; Gülərüz, nəzakətli və ünsiyyətcil olmaq; Təşkilatçılıq və multitasking bacarığı; Səliqəli görünüş və peşəkar ünsiyyət tərzi. İş şəraiti İş yeri: Bakı şəhəri. İş rejimi: 5/7 İş vaxtı: 09:00-18:00. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Reception” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.