Yüklənir...
Location: Bakı
İş yeri: Nargiz Mall, Crescent Mall, Gənclik Mall İş vaxtı: 5 günlük (həftədə 40 saat), Namizədə dair tələblər: Müvafiq sahədə iş təcrübəsi; Orta ixtisas və ya ali təhsil; Təhlükəsizlik və müşahidə sistemləri ilə işləmə bacarığı; MS Office proqramlarında işləmə bacarığı; Diqqətli, məsuliyyətli və operativ olmaq; Şübhəli hallar və insidentləri vaxtında aşkar etmək və məlumatlandırmaq bacarığı; Məxfi məlumatların qorunması və informasiya təhlükəsizliyi qaydalarına riayət etmək; Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; Üstünlük verilir: Pərakəndə satış (Retail) sahəsində iş təcrübəsi; Təhlükəsizlik və itkilərin qarşısının alınması (Loss Prevention) sahəsində təcrübə; Təhlükəsizlik kameraları və digər təhlükəsizlik sistemləri ilə iş təcrübəsi; Hadisələrin araşdırılması və hesabatların hazırlanması üzrə təcrübə; İngilis dili biliyi. Vəzifə funksiyaları: Təhlükəsizlik kameralarını fasiləsiz izləmək, şübhəli fəaliyyətləri və qeyri-adi halları müəyyən etmək və dərhal rəhbərliyə məlumat vermək; Mağazada aşkar olunan qayda pozuntuları, insidentlər və digər uyğunsuzluqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq; Sensormatic sistemlərinin və təhlükəsizlik qapılarının gündəlik yoxlanılmasını və işlək vəziyyətdə olmasını təmin etmək; Mağaza və anbar ərazilərində məhsullar üzərində təhlükəsizlik etiketlərinin düzgün yerləşdirilməsinə dair təsadüfi yoxlamalar aparmaq; Əməkdaşların şəxsi dolabları, şəxsi alış-verişləri, kassa əməliyyatları və digər aidiyyəti sahələr üzrə təsadüfi yoxlamalar həyata keçirmək; Təhlükəsizlik kameraları sisteminin gündəlik texniki vəziyyətini yoxlamaq; Sistem və avadanlıqlarda yaranan nasazlıqlar barədə dərhal İT şöbəsinə və rəhbərliyə məlumat vermək; Geri qaytarma, dəyişdirmə, məhsul sətrinin ləğvi və çekin ləğvi əməliyyatlarını gündəlik olaraq müşahidə kameraları vasitəsilə monitorinq və yoxlamaq; Mağazanın açılışı, tullantıların çıxarılması, əməkdaşların yoxlanılması və malların qəbul edilməsi kimi mühüm əməliyyatlara nəzarət etmək; Sözügedən proseslərin şirkətin daxili qayda və standartlarına uyğun həyata keçirilməsini təmin etmək; Təhlükəsizlik kameralarının görüntülərini, müşahidə qeydlərini, jurnalları və insident hesabatlarını düzgün şəkildə qeydiyyata almaq və saxlamaq; Zəruri hallarda insidentlərlə bağlı sübutların toplanmasında iştirak etmək; Tələb olunduğu hallarda aidiyyəti məlumatların və sübutların hüquq-mühafizə orqanlarına təqdim edilməsində iştirak etmək; Təhlükəsizlik kameralarından əldə olunan məlumatların və digər məxfi informasiyanın qorunmasını təmin etmək; Şirkətin daxili qaydalarına, prosedurlarına, etik davranış kodeksinə və təhlükəsizlik standartlarına riayət etmək; Əməkdaşlarla münasibətlərdə peşəkar davranış və qarşılıqlı hörmət prinsiplərinə riayət etmək; İşə davamiyyət və punktuallıq qaydalarına riayət etmək; Əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik standartlarına riayət etmək; Rəhbərlik tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək. CV-lərinizi mövzu hissəsinə “Təhlükəsizlik sisteminin nəzarətçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.