Yüklənir...
Location: Bakı
Şirvan Aqro” MMC istehsalat proseslərinin planlaşdırılması, resurslardan səmərəli istifadənin təmin edilməsi və əməliyyat göstəricilərinin təhlili məqsədilə komandasına Planlama üzrə mütəxəssis axtarır. Əsas vəzifə öhdəlikləri: İstehsalat prosesləri üzrə gündəlik, həftəlik, aylıq və illik planların hazırlanmasını təmin etmək; İstehsalat həcmləri, məhsuldarlıq, yem sərfiyyatı, işçi qüvvəsi və digər əməliyyat göstəriciləri üzrə məlumatları toplamaq və təhlil etmək; Plan və faktiki göstəriciləri müqayisə etmək, kənarlaşmaların səbəblərini araşdırmaq və müvafiq təkliflər hazırlamaq; Mövcud resursların, avadanlıqların və işçi qüvvəsinin ehtiyaclara uyğun planlaşdırılmasında iştirak etmək; İstehsalat göstəriciləri əsasında proqnozlar hazırlamaq və resurs tələbatını müəyyənləşdirmək; Müxtəlif struktur bölmələrindən məlumatları toplayaraq vahid planlaşdırma və hesabat sistemini formalaşdırmaq; Planların icra vəziyyətini izləmək, gecikmə və səmərəsizlik yaradan amilləri müəyyən etmək; Əməliyyat proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması və xərclərin azaldılması üzrə təkliflər vermək; Rəhbərlik üçün müntəzəm hesabatlar, analitik cədvəllər və təqdimatlar hazırlamaq; Planlaşdırma məlumatlarının elektron sistemlərdə düzgün və vaxtında qeydiyyatına nəzarət etmək. Namizədə tələblər: İqtisadiyyat, mühəndislik, logistika, menecment və ya müvafiq sahələr üzrə ali təhsil; Planlaşdırma, istehsalat, əməliyyatların idarə edilməsi və ya hesabatlılıq sahəsində iş təcrübəsi – üstünlükdür; MS Excel üzrə yaxşı biliklər, böyük həcmli məlumatlarla işləmək və təhlil aparmaq bacarığı; Plan-fakt təhlili, proqnozlaşdırma və göstəricilərin monitorinqi üzrə biliklər; ERP və digər idarəetmə sistemləri ilə işləmək bacarığı – üstünlükdür; Analitik düşünmə, sistemli yanaşma və problem həll etmə bacarığı; Dəqiqlik, məsuliyyətlilik və struktur bölmələri ilə effektiv əməkdaşlıq qurmaq bacarığı. İş şəraiti: İş qrafiki: həftədə 5 günlük iş rejimi; Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir; İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Planlama üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.