Yüklənir...
Location: Bakı
Supertoys komandamıza Kreativ direktor axtarırıq! Bizə sadəcə kontent hazırlayan deyil, sosial media üçün fərqli ideyalar düşünən, trendləri yaradıcılıqla tətbiq edən, standart yanaşmalardan kənara çıxan və TikTok səhifələrini izlənilən, danışılan və yadda qalan platformalara çevirə bilən yaradıcı lider lazımdır. Əgər sənin üçün kreativlik sadəcə gözəl video çəkmək deyil, insanları təəccübləndirmək, güldürmək, maraqlandırmaq və brendi danışdırmaqdırsa, komandamıza qoşul! Vəzifə öhdəlikləri Supertoys-un TikTok səhifələri üçün kreativ strategiya və ideyalar hazırlamaq; Səhifələrin izləyici sayını, əhatə dairəsini və aktivliyini artıracaq qeyri-standart kontent konsepsiyaları yaratmaq; Viral ola biləcək video ideyaları, kreativ rubrikalar, challenge-lər və layihələr hazırlamaq; TikTok trendlərini, internet memlərini və aktual mövzuları analiz edərək brendə uyğunlaşdırmaq; Kontent üçün kreativ ssenarilər, süjetlər və qeyri-adi təqdimat formatları hazırlamaq; Kontent meykerlər, ssenaristlər, videoqraflar, montajçılar və SMM komandası ilə birlikdə işləmək; Kreativ komandanın işinə rəhbərlik etmək, tapşırıqları bölüşdürmək və ideyaların icrasına nəzarət etmək; Rəqib səhifələri və beynəlxalq brendlərin kreativ yanaşmalarını araşdırmaq, yeni ideyalar tətbiq etmək; Sosial media səhifələrində fərqli kontent üslubu və tanınan kommunikasiya dili formalaşdırmaq; Hazırlanan kontentin nəticələrini analiz etmək, uğurlu formatları inkişaf etdirmək; Namizədə tələblər Kreativ düşüncə və güclü ideya yaratmaq bacarığı; TikTok platformalasının dinamikasını, alqoritmlərini və trendlərini yaxşı bilmək; Viral kontent mexanizmlərini anlamaq və uğurlu nümunələri analiz etmək bacarığı; Ssenari və kontent konsepsiyaları hazırlamaq təcrübəsi; Komanda idarəetmə və liderlik bacarığı; Fərqli auditoriyalar üçün maraqlı və diqqətçəkən ideyalar yaratmaq qabiliyyəti; Operativ qərarvermə və təşəbbüskarlıq; Kamera qarşısında işləmək və çəkiliş proseslərini idarə etmək bacarığı. Portfolio və ya əvvəlki kreativ layihələrdən nümunələrin olması. Əməkhaqqı intervyu əsasında namizədin təcrübəsinə əsasən təyin olunacaq. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .