Yüklənir...
Location: Bakı
İstehsalat sahəsində fəaliyyət göstərən şirkətimizə Mal-Material üzrə Mühasib vəzifəsinə təcrübəli və məsuliyyətli əməkdaş axtarılır. Əsas vəzifələr: Mal-materialların mədaxil və məxaric əməliyyatlarının uçotunu aparmaq; Anbara daxil olan və anbardan çıxan materialların sənədləşdirilməsinə nəzarət etmək; Mal-material qalıqlarının sistem üzrə uçotunu aparmaq və mütəmadi yoxlamaq; Anbar və mühasibatlıq məlumatlarının üzləşdirilməsini həyata keçirmək; Materialların inventarizasiyasında iştirak etmək; İlkin mühasibat sənədlərini hazırlamaq və düzgünlüyünü yoxlamaq; Təchizat və anbar şöbələri ilə koordinasiyalı işləmək; Rəhbərliyə tələb olunan hesabatları hazırlamaq. Namizədə tələblər: Müvafiq sahədə 1 ildən 2 ilə qədər iş təcrübəsi ; Mal-material və anbar uçotu üzrə anlayış; 1C proqramında işləmə bacarığı; MS Excel biliyi; Mühasibat uçotunun əsaslarını bilməsi; Sənədlərlə işləmə və hesabat hazırlama bacarığı; Diqqətli, məsuliyyətli və operativ olmaq; Komanda ilə işləmək bacarığı. İş şəraiti Əmək haqqı: 800–1000 AZN (Namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən edilir.) İş qrafiki: Tam iş günü Nahar və servis şirkət tərəfindən təmin olunur. İş yeri: Suraxanı rayonu.Binə qəsəbəsi Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən mövzu hissəsində “Mal-Material üzrə Mühasib” qeyd etməyiniz xahiş olunur.