Location: Bakı
Vəzifənin təsviri: Namizəd həm korporativ satış funksiyasını yerinə yetirəcək, həm də iş prosesində qəliblərin quraşdırılması, sökülməsi və texniki tətbiqi üzrə təlim alaraq məhsul üzrə dərin texniki bilik qazanacaq. Bu profil (satış + texniki tətbiq bilgisi) Azərbaycan bazarı üçün nisbətən yeni formatdır və namizədə uzunmüddətli perspektiv təqdim edir. Əsas vəzifə öhdəlikləri: Tikinti və layihə sektorunda potensial korporativ müştərilərin axtarışı və əlaqələrin qurulması Rəhbərliyin tapşırıqları əsasında müştəri görüşlərində iştirak və danışıqların aparılması Əməkdaşlıq potensialı olan şəxs və şirkətlərin müəyyən edilməsi və cəlb edilməsi Kommersiya təkliflərinin hazırlanması, təqdim edilməsi və izlənməsi (follow-up) Müqavilə şərtlərinin razılaşdırılması və sənədləşmə prosesində iştirak Qəliblərin (formwork) texniki xüsusiyyətlərinin, quraşdırılma və sökülmə qaydalarının öyrənilməsi — məhsul üzrə təlimlərdə iştirak Müştərilərə məhsulun texniki tətbiqi barədə ilkin məsləhətin verilməsi Bazar və rəqib fəaliyyəti barədə məlumatların toplanması və rəhbərliyə hesabat verilməsi Namizədə tələblər: Yüksək satış bacarığı və danışıqlar aparma qabiliyyəti Tikinti/layihə sektorunda real müştəri bazasının olması mütləqdir Rus dili mütləq Texniki mövzuları öyrənməyə açıq olmaq, öyrənmə qabiliyyəti Nəticəyönümlülük, təşəbbüskarlıq, komanda ilə işləmək bacarığı İş yeri: Bakı ofisi, (əlavə olaraq görüşlər və tikinti/layihə ərazilərinə ezamiyyət bakıda) Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.