Maddi əmtəə dəyərlərinin uçotu şöbəsinin mütəxəssisi - Unibank

Location: Bakı

Təsvir Ölkədaxili və xarici ezamiyyət xərclərini təsdiqedici sənədlər əsasında yoxlamaq və 1C sistemində uçota almaq; Bankın balansında olan avtomobillərlə bağlı təmir, texniki xidmət, ehtiyat hissələri və yanacaq xərclərinə nəzarət etmək, müvafiq ödənişləri və sənədləşməni təmin etmək, dövri hesabatlar hazırlamaq; Yeni əldə edilmiş əsas vəsaitlər üzrə sənədləri yoxlamaq, onları 1C sistemində uçota almaq və ilkin cədvəlləri hazırlamaq; 1C sistemində əsas vəsaitlər üzrə struktur bölmələrə uyğun hesabatlar formalaşdırmaq; Sənədlərin düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək; Sənədlərin rəqəmsallaşdırılması, inventarizasiya və digər rutin proseslərin optimallaşdırılmasında iştirak etmək; Zərurət yarandıqda, bankın filiallarında inventarizasiya aparmaq məqsədilə ölkədaxili ezamiyyətlərdə iştirak etmək. Tələblər Ölkədaxili ezamiyyətlərə getmək imkanı (filiallarda inventarizasiya işlərinin aparılması məqsədilə). Rus dilini sərbəst bilmək; MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı; 1C proqramı üzrə biliklər (iş təcrübəsi arzuolunandır); Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə bakalavr təhsili. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.