Location: Bakı
İş şəraiti Əməkhaqqı: 1 200 AZN İş yeri: Bakı şəhəri İş qrafiki: 6 günlük iş həftəsi Vəzifə öhdəlikləri: İsitmə və soyutma avadanlıqlarının texniki baxışının keçirilməsi; Nasazlıqların aşkarlanması, diaqnostikası və aradan qaldırılması; Mexaniki, elektrik və avtomatika hissələrinin yoxlanılması və texniki xidməti; Müxtəlif təyinatlı nasosların sökülməsi, yığılması, təmiri və texniki xidmətinin həyata keçirilməsi; Nasosların mühərrik, podşipnik, mexaniki salnik və digər komponentlərinin yoxlanılması və dəyişdirilməsi; Nasos və mühəndis sistemlərinin quraşdırılması, sazlanması və istismara hazırlanması; Texniki xidmət və təmir işlərinin müəyyən edilmiş prosedurlara uyğun yerinə yetirilməsi. Namizədə tələblər: Texniki sahədə minimum 2-3 il iş təcrübəsi; Nasos avadanlıqlarının təmiri və texniki xidməti üzrə bilik və praktiki bacarıq; İsitmə, soyutma və su təchizatı sistemləri haqqında ümumi biliklər; Mexaniki və elektrik avadanlıqları ilə işləmək bacarığı; Texniki çertyoj və sxemləri oxumaq bacarığı arzuolunandır; Komandada işləmək və ezamiyyətlərə getmək imkanı; Məsuliyyətli, intizamlı və öyrənməyə həvəsli olmaq. Təklif edirik: Aylıq əməkhaqqı: 1 200 AZN ; Rəsmi əmək müqaviləsi; Peşəkar inkişaf və praktiki təcrübə imkanları; İş üçün zəruri alət və avadanlıqlarla təminat. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .