Yüklənir...
Location: Bakı
VOYA Study xaricdə təhsil şirkəti, Almaniyada işə qəbul və Ausbildung üzrə Sənədləşmə Mütəxəssisi axtarır. Əsas vəzifələr: Almaniyada Ausbildung və İş proqramları üzrə müraciət prosesinin idarə olunması; Namizədlərin sənədlərinin hazırlanması və yoxlanılması; İşə qəbul və qeydiyyat prosedurlarının koordinasiyası; Almaniyadakı tərəfdaşlarla yazılı və şifahi ünsiyyətin aparılması; Namizədlərə müraciət prosesinin mərhələləri barədə məlumat verilməsi; Viza və digər tələb olunan sənədlərlə bağlı ilkin istiqamətləndirmənin təmin edilməsi. Namizədə tələblər: Alman dili biliyi: A2–B2 səviyyəsində; Almaniyada işə qəbul və ya Ausbildung proqramları üzrə sənədləşmə proseslərində iş təcrübəsi; Məsuliyyətli, diqqətli və təşkilatçılıq bacarıqlarına malik olmaq; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; MS Office proqramlarında işləmək bacarığı üstünlük hesab olunur. Təklif edirik: Stabil iş mühiti və peşəkar inkişaf imkanı Rəqabətədavamlı əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək) Karyera yüksəlişi perspektivi Dəstəkçi və peşəkar komandada çalışma imkanı Maraqlanan namizədlərdən CV-lərini 055-766-67-93 nömrəsinə göndərmələri xahiş olunur.