Əsas vəsaitlərin uçotu üzrə mühasib - A+CO ASC

Location: Bakı

“A+CO” ASC “Əsas vəsaitlərin uçotu üzrə mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir.  Vəzifə öhdəlikləri: Əsas vəsaitlərin və QMA-in alışı və balans dəyərini formalaşdıran xərclərin uçotu; Əsas vəsaitlərin istismara verilməsi,yerdəyişməsi,məsul şəxslərin adına təhkim olunması və çıxarılması,silinməsi əməliyyatlarının icrası; Kapital məsrəflərinin (CAPEX) uçotunun aparılması; Əsas vəsaitlərin amortizasiya xərclərinin hesablanması və uçotda əks etdirilməsi; Əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək,nəticələrin təhlili və araşdırılması; Əsas vəsaitlər üzrə dövri hesabatların hazırlanması; Mövcud prosedurların təkmilləşdirilməsi və proseslərin prosedur üzrə icra olunmasına nəzarət olunması;          Tələblər:  Ali təhsil  (İqtisadiyyat, Maliyyə, Mühasibatlıq); Əsas vəsaitlərin uçotu üzrə minimum 1 il iş təcrübəsi; Program bilikləri (Logo tiger və Microsoft office); F3 sertifikatı və İAS 16 üzrə təcrübəsi olanlara üstünlük veriləcək. İş şəraiti:  İş yeri: Xırdalan şəhəri ; İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük;  Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur. Əmək haqqı  - Bilik və bacarıqlara uyğun təyin olunacaq Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Əsas vəsaitlərin uçotu üzrə mühasib ” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.