Keyfiyyətə Nəzarət üzrə İnspektor - Almet-STP MMC

Location: Bakı

Ünvan:  Sumqayıt şəhəri İş qrafiki:  Növbəli Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı Əsas vəzifələr: İstehsal olunan məhsulların keyfiyyət göstəricilərinə nəzarət etmək və yoxlamalar aparmaq; İstehsal prosesində yaranan qüsurları vaxtında aşkar etmək və qeydə almaq; Hazır məhsul və pəstahların müəyyən edilmiş standartlara uyğunluğunu yoxlamaq; Ölçü vasitələrindən istifadə etməklə məhsulların ölçü və texniki göstəricilərini yoxlamaq; İstehsal olunan pəstahların uçotunu və hesabatını aparmaq; Keyfiyyət yoxlamalarının nəticələrini sənədləşdirmək və müvafiq hesabatlar hazırlamaq; Müəssisədə tətbiq olunan standart, texniki şərt və normativ sənədlərlə işləmək; Əritmə və istehsal sahələri ilə koordinasiyalı şəkildə keyfiyyətə nəzarəti həyata keçirmək. Namizədə tələblər: Metallurgiya ixtisası üzrə ali təhsil; Metallurgiya sahəsində, xüsusilə əritmə sahəsində iş təcrübəsi ; Məhsulların keyfiyyətinin yoxlanılması və qüsurların aşkar edilməsi bacarığı; Standartlar və texniki sənədlərlə işləmək bacarığı; Ölçü vasitələrindən düzgün istifadə etmək bacarığı; İstehsal və pəstah uçotunun aparılması üzrə bilik və bacarıqlar; Hesabatların hazırlanması və sənədləşdirmə bacarığı; Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq. İşə qəbul zamanı üstünlük veriləcək: Metallurgiya zavodunda Keyfiyyətə Nəzarət, Texniki Nəzarət və ya İstehsalat sahəsində iş təcrübəsi; Əritmə prosesləri və metallurgiya texnologiyası üzrə praktiki biliklər; Keyfiyyət standartları və texniki normativ sənədlər üzrə təcrübə. Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.