Location: Bakı
Namizədə tələblər: 2 ilədək iş təcrübəsi. Ali təhsil (Hüquqşünas ixtisası üzrə); Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus və ingilis di (tələb olunur); MS Office proqramlarını ( Word, Excel, Outlook) və ofis avadanlıqlarından istifadəni bilməli; Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı; Biznes etikası və biznes görünüşə sahib olmalı; Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, habelə mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını dərindən bilməli; Yeni bilik və bacarıqları özündə inkişaf etdirməyə həvəsli olmalı; Elektron məhkəmə sistemi ilə işləmək bacarığı; Elan xanım namizədlər üçün nəzərdə tutulmuşdur. İş barədə məlumat: Hüquqi sənədlərin (məktub, müqavilə və.s) tərtib edilməsi; Şirkətin struktur bölmələrindən daxil olan sorğuların cavablandırılması və zərurət olduqda onlara hüquqi yardım göstərilməsi; Sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi və zərurət olduqda rəy verilməsi; Razılaşma üçün şöbəyə təqdim olunan əsasnamə, müqavilə və digər hüquqi xarakterli sənədlərin və onların layihələrinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğunun yoxlanması; Korporativ idarəetmə məsələləri ilə bağlı işlərin həyata keçirilməsi, sənədlərin (qərarlar, nizamnaməyə dəyişikliklər və.s) hazırlanması İş şəraiti İş qrafiki: Bazar ertəsi-Cümə; Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə; Əmək haqqı: 1000 Azn (net) İş yeri: Ofis Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Namizədlərdən şəkilli CV-lərini yuxarıda qeyd olunan e-mail ünvanına göndərmələrini xahiş edirik.