Aparıcı Material Nəzarətçisi - Amina and S Group

Location: Bakı

Vəzifə və öhdəliklər: Layihə üzrə materialların qəbulunu, uçotunu, saxlanmasını və paylanmasını təşkil etmək; Gələn materialların satınalma sifarişləri, qaimələr, spesifikasiyalar və digər müşayiətedici sənədlərlə uyğunluğunu yoxlamaq; Materialların miqdarına, keyfiyyətinə və texniki göstəricilərinə nəzarət etmək, uyğunsuzluqlar aşkar edildikdə müvafiq aktların hazırlanmasını təmin etmək; Materialların ERP/SAP və ya digər anbar uçotu sistemlərində düzgün qeydiyyatını təmin etmək; Materialların layihə sahələrinə vaxtında və düzgün çatdırılmasını koordinasiya etmək; Material ehtiyatlarının səviyyəsini izləmək, çatışmazlıq və artıq ehtiyatlarla bağlı rəhbərliyə məlumat vermək; Materialların saxlanma şəraitinin istehsalçı tələblərinə və layihə standartlarına uyğunluğunu təmin etmək; Material sertifikatlarının (MTC, COC və s.) və digər keyfiyyət sənədlərinin tamlığını yoxlamaq; Materialların izləniləbilənliyini (Material Traceability) təmin etmək; Gündəlik, həftəlik və aylıq material hərəkəti üzrə hesabatlar hazırlamaq; Inventarizasiya proseslərində iştirak etmək və inventar fərqlərinin araşdırılmasını təmin etmək; Satınalma, logistika, tikinti, planlaşdırma, QA/QC və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək; Layihə üzrə artıq, istifadə olunmayan və yararsız materialların uçotunu aparmaq və müvafiq təkliflər hazırlamaq; Material idarəetmə proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; Şirkətin HSE, Keyfiyyət İdarəetmə Sistemi və daxili prosedurlarının tələblərinə riayət etmək. Tələblər: Təhsil: Logistika, Təchizat Zəncirinin İdarə Edilməsi, Sənaye, Mexanika, İnşaat mühəndisliyi və ya digər müvafiq ixtisas üzrə ali təhsil; Material idarəetməsi, anbar əməliyyatları və ya logistika sahəsində minimum 5 il , o cümlədən rəhbər və ya aparıcı vəzifədə ən azı 2 il iş təcrübəsi; EPC, neft-qaz, sənaye və ya iri tikinti layihələrində iş təcrübəsinə üstünlük verilir; Material uçotu, inventarizasiya və material izləniləbilənliyi prinsiplərini bilmək; ERP, SAP, Oracle və ya digər material idarəetmə proqramları ilə işləmək bacarığı; MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək; Azərbaycan dilini sərbəst, ingilis dilini orta və ya yaxşı səviyyədə bilmək arzuolunandır; Analitik düşünmə, planlaşdırma, koordinasiya və komanda ilə işləmək bacarığı. İş şəraiti: Həftədə 2 gün istirahət. Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək. Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində "Aparıcı Material Nəzarətçisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.