Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri Baş planı, memarlıq-planlaşdırma həllərini, işçi çertyojları və digər layihə sənədlərini oxumaq və tikinti işlərinin layihəyə uyğun icrasına nəzarət etmək; Tikinti sahəsində memarlıq işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara və işçi çertyojlarına uyğun yerinə yetirilməsini təmin etmək; Layihədə nəzərdə tutulmuş binaların, o cümlədən nasosxana, su anbarları və digər tikililərin memarlıq həllərinin icrasına nəzarət etmək; Yol, səki, bordyur, yaşıllıq, avtodayanacaq və digər abadlaşdırma elementlərinin layihəyə uyğun icrasını yoxlamaq; Fasad, dam, daxili hazırlıq və tamamlama işlərinin layihə həllərinə uyğunluğuna nəzarət etmək; Fasad, dam, daxili tamamlanma və digər memarlıq işlərində istifadə olunan material və texnologiyaların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq; Tikinti prosesində sahə şəraiti, texniki zərurət və ya material əvəzlənməsi ilə əlaqədar dəyişiklik tələb olunduqda, müvafiq memarlıq həllərinin operativ şəkildə hazırlanmasında iştirak etmək; Layihədə edilən dəyişiklikləri layihəçi təşkilat və aidiyyəti tərəflərlə razılaşdırmaq və onların düzgün icrasına nəzarət etmək; Memarlıq, konstruksiya və mühəndis şəbəkələri bölmələri arasında yarana biləcək uyğunsuzluqları və kolliziyaları müəyyən etmək, onların həlli üçün aidiyyəti şəxslərlə koordinasiya aparmaq; Material nümunələrinin, rəng, faktura və digər memarlıq həllərinin sifarişçi ilə razılaşdırılması prosesində iştirak etmək; Tikinti işlərinin keyfiyyətinə və memarlıq həllərinin layihəyə uyğun icrasına nəzarət etmək; Subpodratçıların və sahə işçilərinin memarlıq işləri üzrə fəaliyyətini koordinasiya etmək və görülən işlərin icrasını nəzarətdə saxlamaq; Azərbaycan Respublikasının şəhərsalma və tikinti normalarının, yanğın təhlükəsizliyi və əlçatanlıq tələblərinin layihə və tikinti işlərində nəzərə alınmasına nəzarət etmək; Sahədə yaranan memarlıq və texniki məsələləri operativ şəkildə müəyyən etmək və onların həlli üçün Tikinti Rəhbəri, layihəçi təşkilat və digər aidiyyəti tərəflərlə koordinasiyalı işləmək. Hesabat və sənədləşmə Memarlıq işləri üzrə müəllif nəzarəti jurnallarında və müvafiq aktlarda qeydlərin aparılmasını təmin etmək; Gizli işlər aktlarının və icra sənədlərinin hazırlanması üçün texniki ofislə əməkdaşlıq etmək; Layihədə baş verən dəyişikliklər, aşkar edilmiş nöqsanlar və uyğunsuzluqlar üzrə hesabatlar hazırlamaq və Tikinti Rəhbərinə təqdim etmək; Görülmüş işlərin layihə və texniki tələblərə uyğunluğu ilə bağlı müvafiq sənədləşmənin aparılmasında iştirak etmək; Zəruri hallarda sahə baxışlarında, texniki iclaslarda və sifarişçi ilə keçirilən görüşlərdə iştirak etmək. Tələblər Memarlıq və ya müvafiq sahə üzrə ali təhsil; Sahə memarı və ya oxşar vəzifədə tikinti sahəsində iş təcrübəsi; Baş plan, memarlıq-planlaşdırma həlləri, kəsiklər, fasadlar, detallar və işçi çertyojları oxuma bacarığı; Bina və qurğuların memarlıq həllərinin tikinti sahəsində tətbiqi və icrasına nəzarət üzrə praktiki bilik; Fasad, dam, daxili tamamlama və abadlaşdırma işlərinin icra texnologiyaları üzrə anlayış; Memarlıq, konstruksiya və mühəndis şəbəkələri arasında koordinasiya və kolliziyaların müəyyən edilməsi bacarığı; Material, rəng və faktura həllərinin seçilməsi və razılaşdırılması prosesində təcrübə; Azərbaycan Respublikasının şəhərsalma və tikinti normaları, yanğın təhlükəsizliyi və əlçatanlıq tələbləri barədə bilik; AutoCAD proqramında sərbəst işləmək bacarığı; Revit və ya ArchiCAD proqramlarında işləmək bacarığı üstünlükdür; MS Office proqramlarında işləmək bacarığı; Texniki sənədləşmə və hesabatların hazırlanması üzrə bacarıq; Məsuliyyətli, diqqətli, operativ və komandada işləmək bacarığı. İş şəraiti Rəsmi əmək müqaviləsi; Peşəkar inkişaf və iri layihələrdə iştirak imkanı; Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək); İş qrafiki: Tam iş günü; İş yeri: Bakı şəhəri. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.