Location: Bakı
Təsvir Hava yolları üzrə layihələrin icra vəziyyətini izləmək, müvafiq məlumatları toplamaq və təhlil üçün hazırlamaq; Layihələr üzrə hesabatların, təqdimatların və digər sənədlərin hazırlanmasına dəstək göstərmək; Layihə planlarının, tapşırıqların və icra müddətlərinin monitorinqini aparmaq; Aidiyyəti struktur bölmələrlə məlumat mübadiləsini və işlərin koordinasiyasını təmin etmək; Layihə məlumatlarını sistemləşdirmək və layihə reyestrini aktual vəziyyətdə saxlamaq; Layihələrin icrası zamanı yaranan gecikmələri və problemləri müəyyənləşdirmək, aidiyyəti şəxslərin diqqətinə çatdırmaq; Şöbənin fəaliyyət istiqamətlərinə uyğun digər tapşırıqları yerinə yetirmək. Tələblər Ali təhsil (bakalavr); Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi; Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək; MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarından istifadə bacarığı; Layihələrin idarə edilməsi üzrə biliklərə malik olmaq; PMP sertifikatı üstünlük hesab edilə bilər; Yazılı və şifahi ünsiyyət bacarıqları; Analitik və problem həll etmə bacarığı; Təqdimat hazırlamaq və məlumatları strukturlaşdırmaq bacarığı; Öyrənməyə açıqlıq və dəyişikliklərə uyğunlaşma bacarığı; Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı. İş şəraiti İş rejimi: 5 günlük İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.