Location: Bakı
Struktur bölmənin adı: Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti Vəzifənin funksiyaları: Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflər hazırlanması Kapital bazarında siyasət və tənzimləmə üzrə müəyyən edilmiş strateji hədəflərə əsaslanaraq siyasətin formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak; Kapital bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və təcrübi məsələlərin öyrənilməsi, alternativ tənzimləmə alətlərinin tətbiqi üzrə təkliflərin hazırlanmasında iştirak; Kapital bazarında yeni alətlərin formalaşdırılması, proses və prosedurların optimallaşdırılması üzrə təkliflər verilməsində iştirak; Kapital bazarının infrastrukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak; Kapital bazarına dair daxil olmuş sorğuların cavablandırılması, şikayətlərə baxılması və rəylərin hazırlanması; Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və onların idarəçilərinin stress-testləşməsi metodologiyasının hazırlanmasında iştirak; Kapital bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak; Kapital bazarının inkişafının dəstəklənməsi və təbliğində iştirak; Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması; Kapital bazarında dəstəkləyici və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi; Kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə tədbirlərdə iştirak. Təhsil İqtisadiyyat/maliyyə - Ali təhsil Təcrübə Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 2 illik iş təcrübəsi Texniki biliklər Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə Qiymətli kağızlar bazarı haqqında qanun - yüksək səviyyədə Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri - yüksək səviyyədə Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza - yaxşı səviyyədə İnvestisiya fondları haqqında qanun - yaxşı səviyyədə Maliyyə sistemi, maliyyə bazarları və alətləri - yüksək səviyyədə Maliyyə hesabatlılığı – yaxşı səviyyədə Ümumi iqtisadiyyat - yüksək səviyyədə Kompüter bacarığı MS Office proqramları - yaxşı səviyyədə Dil bilikləri Azərbaycan dili - yüksək səviyyədə İngilis dili – yaxşı səviyyədə Davranış kompetensiyaları Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.