Location: Bakı
Vəzifə öhdəlikləri: İstilik enerjisinin satışı üzrə uçotun aparılması və satış göstəricilərinin təhlil edilməsi; Abonentlər üzrə hesablanmış məbləğlərin, daxil olmuş ödənişlərin və debitor borclarının uçotunun aparılması; İstilik enerjisinin satışına, ödənişlərə və debitor borclarına dair dövri hesabatların hazırlanması; Vətəndaşların istilik enerjisinin hesablanması, borc məbləğləri və ödənişlərlə bağlı müraciətlərinin araşdırılması, cavablandırılması; Abonentlər üzrə borcların yaranma səbəblərinin araşdırılması və borcların azaldılması istiqamətində təkliflərin hazırlanması; Ödənişlərin vaxtında və düzgün həyata keçirilməsinin təşkili istiqamətində müvafiq işlərin görülməsi; Abonent uçotu və hesablaşmalarla bağlı uyğunsuzluqların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlərin görülməsi; Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi. Namizədlərə tələblər aşağıdakı kimidir: İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya əlaqəli ixtisaslar üzrə ali təhsil; Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır; Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel proqramında sərbəst işləmək bacarığı; Hesabatların və xidməti sənədlərin hazırlanması bacarığı; Analitik düşünmə və məlumatları təhlil etmək qabiliyyəti; Vətəndaş müraciətləri ilə işləmək və rəsmi yazışmalar aparmaq bacarığı; Dəqiqlik, məsuliyyətlilik, operativlik və ünsiyyət qurmaq bacarığı. İş mühiti İş yeri: Qaradağ rayonu, Lökbatan qəsəbəsi və Müşfiqabad qəsəbəsi. Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən icra olunur. İş vaxtı- Bazar ertəsi-cümə 08:30-17:30 Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən (Qaradağ rayonu ərazisində yaşayanlara üstünlük veriləcək) CV-lərini mövzu hissəsinə “İqtisadçı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.