Kurs meneceri - AZİN Academy MMC

Location: Bakı

İş şəraiti İş yeri: AZİN Academy MMC (Azin Technology) İş yeri ünvanı: Dərnəgül metrosu yaxınlığı, Süleyman Sani Axundov 441C Əmək haqqı: 500 Azn İş qrafiki: Həftənin 6 günü, 09:00–18:00 Vəzifələr: Kursa müraciət edən şəxslərə tədris proqramları haqqında ətraflı məlumat vermək; Telefon zənglərini cavablandırmaq, Instagram Direct və digər sosial şəbəkələr vasitəsilə daxil olan müraciətləri operativ cavablandırmaq; Potensial tələbələri düzgün istiqamətləndirmək və qeydiyyata cəlb etmək; Tələbələrin qeydiyyatını aparmaq və məlumat bazasını mütəmadi yeniləmək; Yeni qrupların formalaşdırılmasını təşkil etmək; Müəllimlərin dərs cədvəllərini hazırlamaq və onlara nəzarət etmək; Dərslərin vaxtında və plan üzrə keçirilməsinə nəzarət etmək; Tələbələrin davamiyyətini izləmək və tədris prosesini koordinasiya etmək; Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Tələblər:  Yaş həddi: 22 – 40 yaş Ali və ya orta ixtisas təhsili; Kurs meneceri, satış meneceri və ya müştəri xidməti sahəsində minimum 1 il iş təcrübəsi; Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dili biliyi üstünlük hesab olunur); MS Office proqramlarında işləmək bacarığı; Yüksək ünsiyyət və inandırma bacarığı; Məsuliyyətli, diqqətli və operativ olmaq; Komandada işləmək bacarığı; Gülərüz, təşəbbüskar və nəticəyönümlü olmaq; Satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək. CV-lərinizi mövzu hissəsində “Kurs Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: