Location: Bakı
Vəzifə öhdəlikləri: Satınalma sifarişlərinin idarə edilməsi: sifarişlərin təhlili, yerləşdirilməsi, icrasına nəzarət, hesabatların hazırlanması və sifarişlərin bağlanması; Müqavilələrin hazırlanmasının təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən edilməsi və icrasına nəzarət; Xarici sifarişçilərdən daxil olan mal və xidmət sorğularının mövcud təchizatçılar vasitəsilə təmin edilməsi; Xarici satınalmalar üzrə sənədləşmə işlərinin aparılması; Logistikanın təşkili üçün müvafiq şirkətlərlə əlaqələrin qurulması və qiymət araşdırmalarının aparılması; Xarici bazarlarda məhsul və material istehsalçılarının araşdırılması və yeni təchizatçıların tapılması; Satınalma fəaliyyəti və xərcləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; İstehsalçılardan qiymət təkliflərinin alınması və məhsulların maya dəyərinin hesablanması; Çatdırılma, logistika və nəqliyyat proseslərinə nəzarət; Rəhbərlik tərəfindən satınalma və təchizatla bağlı verilən tapşırıqların icrası; Şirkətin daxili prosedur və təlimatlarına riayət edilməsi. Namizədə tələblər: Cins: Xanım; Yaş həddi: 23–35; Ali təhsil; Satınalma sahəsində minimum 2 il iş təcrübəsi; Azərbaycan dilini səlis, rus və ingilis dillərini əla səviyyədə bilmək; 1C və MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər; Punktual, məsuliyyətli və ünsiyyətcil olmaq; Operativ qərarvermə və inandırma qabiliyyəti; Komandada işləmək, problemləri həll etmək, araşdırma aparmaq və sürətli öyrənmək bacarığı; Xarici bazarı və onun xüsusiyyətlərini yaxşı tanımaq; Analitik düşünmə, ünsiyyət və danışıqlar aparmaq bacarığı. İş şəraiti: Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir; İş qrafiki: 5 günlük, I–V günlər, saat 09:00–18:00; Əmək haqqı: 1000 AZN Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .