Yüklənir...
Location: Bakı
Təsvir Java (11/17/21) və Spring Boot texnologiyalarından istifadə etməklə yüksək yüklü backend sistemlərinin dizaynı, hazırlanması; Mikroservis arxitekturasının dizaynı, texniki qərarların qəbulu və arxitektura standartlarının müəyyən edilməsi; REST API-ların dizaynı, versiyalaşdırılması və performansının optimallaşdırılması; Sistemlərin miqyaslana bilməsi (Scalability), etibarlılığı (Reliability) və təhlükəsizliyinin təmin edilməsi; PostgreSQL və Oracle verilənlər bazaları ilə işlənilməsi, sorğuların optimallaşdırılması; RabbitMQ, Apache Kafka və Redis texnologiyaları üzrə biliklər; Bank sistemləri və inteqrasiya platformaları ilə mürəkkəb inteqrasiyalarının qurulması; Code Review proseslərinin aparılması, Clean Code və qabaqcıl təcrübələrin (Best Practices) komandada tətbiqinin təmin edilməsi. Tələblər Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya digər əlaqəli ixtisaslar üzrə təhsil üstünlükdür); Backend proqram təminatının hazırlanması sahəsində minimum 3–5 il iş təcrübəsi; Java Core və Spring Boot texnologiyaları üzrə dərin biliklər; Hibernate/JPA ilə işləmə, verilənlər bazası performansının optimallaşdırılması üzrə təcrübə; Mikroservis arxitekturasının dizaynı və layihələndirilməsi üzrə praktiki təcrübə; Əlaqəli verilənlər bazaları (PostgreSQL, Oracle) üzrə dərin biliklər; Git versiya nəzarət sistemi və CI/CD prosesləri ilə işləmə təcrübəsi; Maven və ya Gradle build alətləri ilə işləmə təcrübəsi; Multithreading, Concurrency və Transaction Management üzrə dərin biliklər; System Design prinsipləri və yüksək yüklü (High-load) sistemlər üzrə təcrübə; Keycloak ilə praktiki iş təcrübəsi üstünlükdür; API Gateway həlləri (Gravitee və ya oxşar platformalar) ilə iş təcrübəsi üstünlükdür; Camunda (BPMN) platformasında biznes proseslərinin avtomatlaşdırılması üzrə təcrübə üstünlükdür; Docker və konteyner orkestrasiya platformaları üzrə biliklər üstünlükdür; Monitoring və Observability alətləri (Prometheus, Grafana, ELK) ilə işləmə təcrübəsi üstünlükdür; Agentic AI alətlərindən və funksiyalarından (Agents, MCP, Hooks, Rules, Skills, Commands və s.) effektiv istifadə bacarığı. Şəxsi bacarıqlar: Komandaya texniki liderlik və mentorluq etmək bacarığı; Mürəkkəb texniki problemləri həll etmək texniki qərarlar qəbul etmək bacarığı; Komanda daxilində və müxtəlif funksional komandalarla effektiv əməkdaşlıq və kommunikasiya bacarığı; Nəticəyönümlü, məsuliyyətli, təşəbbüskar və yüksək özünütəşkil bacarığı; Yeni texnologiyaları, alətləri və yanaşmaları öyrənməyə, tətbiq etməyə və əldə olunan bilikləri komanda ilə paylaşmağa yüksək motivasiya. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.