Büdcə üzrə komanda rəhbəri - Blue Red Green MMC

Location: Bakı

Vəzifə öhdəlikləri Layihələr üzrə təsdiq edilmiş büdcələrin izlənilməsi və faktiki xərclərlə müqayisəsinin aparılması; Xərclərin büdcəyə uyğunluğunun yoxlanılması və mümkün büdcə kənarlaşmalarının müəyyən edilməsi; Podratçı müqavilələrinin maliyyə göstəricilərinin izlənilməsi; Interim Payment Certificate (IPC) sənədlərinin yoxlanılması və ödənişlərə hazırlıq prosesinin koordinasiyası; Layihə üzrə dövri (aylıq) Maliyyə və Xərc Analiz Hesabatlarını (Cost Report) hazırlamaq. Rəhbərliyə layihənin maliyyə vəziyyəti, ödənişlər və büdcə icrası barədə məlumatların təqdim edilməsi; Gələcək xərclərin proqnozlaşdırılması və layihənin yekun maliyyə nəticəsinin qiymətləndirilməsi. Vəzifə üzrə tələblər: Ali təhsil Müvafiq sahədə təcrübə 5 il+ Tikinti layihələrində büdcə və xərclərə nəzarət prinsipləri üzrə bilik; Müqavilə və ödəniş sənədləri ilə işləmə bacarığı; IPC və podratçı hesablaşmaları; Excel-də yüksək səviyyədə işləmə bacarığı; Tikinti və ya layihə idarəetməsi sahəsində büdcə, cost control və ya müqavilə üzrə iş təcrübəsi üstünlükdür Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı; Maliyyə məlumatlarının təhlili və hesabatların hazırlanması; Detallara diqqət və yüksək dəqiqlik; Müxtəlif şöbələr və podratçılarla effektiv kommunikasiya bacarığı.  Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət Stressə davamlılıq və eyni vaxtda bir neçə tapşırığın icrası bacarığı Güclü ünsiyyət və koordinasiya qabiliyyəti Dil bilikləri Azərbaycan dili əla, rus və ingili dili yaxşı səviyyədə olmalı. Kompüter bilikləri – MS Office proqramları, AutoCAD; İş şəraiti: Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir İş saatı: 09:00-18.00 İş qrafiki: Həftə içi 5 gün Müraciət etmək istəyən namizədlərdən CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.Vakansiyanın şərtlərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcəklər.