Location: Bakı
Vəzifə öhdəlikləri Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması; Qarşı tərəflərlə hesablaşmaların yoxlanılması və üzləşmə aktlarının hazırlanması; Müxtəlif sənədlərdəki məlumatların tutuşdurulması və uyğunsuzluqların müəyyən edilməsi; Məlumatların Excel cədvəllərində işlənilməsi, yoxlanılması və sistemləşdirilməsi; Müvafiq şirkət və şəxslərlə əlaqə saxlanılması, üzləşmələrlə bağlı məsələlərin operativ həlli; Sənədlərin və məlumatların düzgünlüyünə nəzarət edilməsi; Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi. Namizədə tələblər Ali təhsil; MS Excel proqramı üzrə yaxşı biliklər; 1C proqramını bilmək arzuolunandır; Rəqəmlərlə işləmək və məlumatları müqayisə etmək bacarığı; Cəld, çevik, diqqətli və məsuliyyətli olmaq; Operativ işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı; Ünsiyyət və koordinasiya bacarıqları. İş şəraiti İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 800–1200 AZN (namizədin bacarıqlarına əsasən müəyyən edilir); Yaşayış yeri: Fatmayı, Goradil və Sumqayıt əraziləri. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Mühasib-koordinator” qeyd edilməlidir.