Yüklənir...
Location: Bakı
İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri Vəzifə öhdəlikləri: Avtomobillərin təkər düzülüşünün (razval-konvergensiya) yoxlanılması və tənzimlənməsi; Təkərlərin balanslaşdırılması; Müasir razval-balans avadanlıqları vasitəsilə ölçmə və tənzimləmə işlərinin aparılması; Təkər, disk, asqı və sükan sistemlərinin texniki vəziyyətinin yoxlanılması; Təkərlərin qeyri-bərabər yeyilməsinin səbəblərinin müəyyən edilməsi; Təkər və asqı sistemlərində aşkar edilmiş nasazlıqlar barədə məlumat verilməsi; Tənzimləmə işlərindən sonra nəticələrin yoxlanılması; Görülən işlərin istehsalçı standartlarına uyğun həyata keçirilməsi. Namizədə tələblər: Müvafiq sahə üzrə minimum 3 il rəsmi iş təcrübəsi; Razval-balans avadanlıqları ilə işləmək üzrə praktiki təcrübə; Təkər, disk, asqı və sükan sistemləri üzrə texniki bilik; Müasir 3D razval avadanlıqlarından istifadə bacarığı; Təkər aşınmalarını düzgün qiymətləndirmək bacarığı; Avtomobilin texniki göstəricilərinə uyğun tənzimləmə aparmaq bacarığı; Elektrik və Plug-in Hibrid avtomobillərinin texniki xüsusiyyətləri barədə ümumi bilik; Dəqiq, məsuliyyətli və intizamlı olmaq; Komandada işləmək bacarığı. Üstünlük hesab olunur: BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi; Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi; Müasir 3D razval-balans avadanlıqları ilə işləmək təcrübəsi. İş şəraiti İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi) İş rejimi: 6 günlük iş qrafiki İstirahət günü: Bazar günü Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir. Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Təkər düzlüyü və balanslaşdırma üzrə usta” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır. Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.