Location: Bakı
Təsvir “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üçün İcra işləri üzrə Aparıcı Hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir. Əsas vəzifə öhdəlikləri hansılardır? İcraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; İcraata daxil olmuş icra sənədlərinin icrası ilə əlaqədar yerli icra qurumların icra məmurları ilə əlaqə yaradır; Zərurət olduqda borcun ödənilməsi istiqamətində müstəqil qaydada, o cümlədən icra məmurları ilə birgə borcluların ünvanına, yaşayış və iş yerlərinə, əmlakının olduğu yerlərə səfərlər edir və ya bu tədbirlərdə icra məmurunu müşayiət edir; Mütəmadi olaraq Rayon icra şöbələrinə səfərlər edir. Borclu hüquqi şəxsin və ya fiziki şəxsin yaşayış yerinin, borclunun əmlakının olduğu yeri müəyyən edilməsində, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və onun digər əmlakının və gəlirlərinin axtarışı ilə bağlı tədbirlərdə icra məmuru ilə qarşılıqlı əməkdaşlıq edir, yazışmalar aparır və icra məmurunu lazımi məlumatlarla təmin edir; Müvafiq icra hərəkətlərinin aparılması ilə bağlı icra qurumuna yazılı və şifahi müraciətlər edir, vəsatətlər qaldırır, zəruri olan hallarda məhkəmə prosesslərində təşkilatı təmsil edir; Gecikdirlilmiş kreditlərin və ödəniş etməyən müştərilərlə bağlı məlumatlar xüsusi maliyyə proqramı vasitəsilə İcra İşləri Şöbəsinin icraatına köçürüldüyü gündən borcun ödənilməsi istiqamətində tədbirlər görür; İcra işinin həyata keçirilməsi ilə bağlı bütün yazışmaların surətləri müvafiq işə əlavə edilərək saxlanılır, eyni zamanda görülmüş işlər barəsində “Kollektorların hesabatı” cədvəlində müvafiq qeydlər edir; Rəhbərini məlumatlandırmaq şərtilə, icra işinin icra orqanı tərəfindən geri qaytarılması halı, icra üsulunun dəyişdirilməsi, icraatın dayandırlıması,icra vərəqinin məhkəməyə qaytarılması, icra məmurunun hərəkət və ya hərəkətsizliklərindən şikayətin verilməsi, daşınmaz əmlakın qiymətləndirilməsindən və ya hərracın nəticələrindən şikayət edir; Kifayət qədər əmlakın olmaması və ya hər hansısa digər səbəbdən icra mümkün olmazsa, vəziyyəti şöbə rəhbəri, lazım gəldikdə isə Departament Rəhbəri ilə müzakirə edir; Həftəlik, aylıq və digər hesabatları vaxtlı-vaxtında təqdim etmək, icraatında olan işlərlə bağlı təlimatda göstərilən müddətlərdə bütün zəruri addımları görür; Həftəlik görülmüş işlərin nəticələrinə dair həftəlik hesabat hazırlayır; Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumatlar və borcların yığılmasının nəticələrinə dair rəhbərinə hesabatlar verir; Rəhbərinin göstərişi üzrə Hüquq Departamentinə daxil olan bütün digər işlərin icra edilməsi. Tələblər Təhsil: Hüquqşünas ixtisası üzrə ali təhsil; (Bakalavr və ya Magistr) Təcrübə: Hüquq sahəsi üzrə ən azı 3-4 il iş təcrübəsi (bundan ən az 1 ili məhkəmə və icra işləri ilə əlaqədar olmalıdır) Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır); Kompüter bilikləri: MS Office proqramlarını yaxşı səviyyədə bilmək. Mülki, mülki-prosessual, İcra haqqında qanun və bank qanunvericiliyini lazımı səviyyədə bilməli; Vakansiya növü - Tam ştat İmtiyazlar Tibbi Sığorta (işçini əhatə edən) Peşəkar beynəlxalq iş mühiti Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.