Yüklənir...
Location: Bakı
İş yeri – Xırdalan şəhəri, anbar . İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi Namizədə aid tələblər: Fiziki işləri yerinə yetirmək bacarığı; Komandada işləmək bacarığı; Diqqətli, məsuliyyətli və intizamlı olmaq; Dondurucu, soyuducu və quru anbar şəraitində işləməyə hazır olmaq; AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır. Əsas vəzifə öhdəlikləri: Anbara daxil olan mal-materialların qəbulunu, boşaldılmasını və müəyyən edilmiş saxlama sahələrinə yerləşdirilməsini həyata keçirmək; Daxil olan sifarişlərə uyğun olaraq mal-materialları toplamaq və göndəriş üçün hazırlamaq; Mal-materialların refrijerator nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək; Anbar daxilində məhsulların daşınmasını və düzgün yerləşdirilməsini təmin etmək; Dondurulmuş, soyudulmuş və quru məhsulların saxlanma qaydalarına riayət etmək; Sayım və inventarizasiya proseslərində iştirak etmək; Anbar sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək; Zədələnmiş və ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyə məlumat vermək; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək; Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; 6 günlük iş rejimi; İş yeri – Xırdalan şəhəri,anbar; Əmək haqqı - 650 Azn; Müasir idarəetmə sistemi və mehriban kollektiv. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “ Fəhlə (anbar) ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.