Kredit mütəxəssisi - International BOKT

Location: Bakı

BOKT “INTERNATIONAL” ASC yeni açılacaq Bakı filialları üzrə Kredit mütəxəssisi  vəzifəsinə işçi qəbulu elan edir Vəzifə öhdəlikləri: Müştərilərin kredit müraciətlərini qəbul etmək və ilkin qiymətləndirmə aparmaq; Kredit məhsulları barədə müştərilərə ətraflı məlumat vermək; Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini təhlil etmək; Kredit sənədlərinin düzgün və tam şəkildə hazırlanmasını təmin etmək; Kredit portfelinə nəzarət etmək; Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi; Kredit ödənişlərinin vaxtında həyata keçirilməsinə nəzarət etmək; Şirkətin daxili prosedur və kredit siyasətlərinə riayət etmək. Namizədə tələblər: Ali təhsil və ya orta ixtisas təhsil; Bank və ya bank olmayan kredit təşkilatında minimum 1 il iş təcrübəsi; Maliyyə və kredit məhsulları haqqında ümumi biliklər; Analitik düşünmə və düzgün qərarvermə bacarığı; Yüksək ünsiyyət və müştərilərlə işləmək bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı. Şirkət təklif edir: Bonus və motivasiya sistemi; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00  Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində "Kredit mütəxəssisi" qeyd etməklə göndərmələri xahiş olunur.