Yüklənir...
Location: Bakı
Şirkətimizin məhsullarının tanıdılması məqsədilə komandamıza Promo və Satış Məsləhətçisi axtarırıq. Vəzifə öhdəlikləri Əsas fəaliyyət sahəsi: İri market şəbəkələrinin satış məntəqələrində məhsulların tanıdılması və satışı; Şirkətin məhsullarını müştərilərə təqdim etmək; Məhsullar haqqında dolğun və düzgün məlumat vermək; Promo, reklam və tanıtım aksiyalarında aktiv iştirak etmək; Müştərilərə məhsul seçimi ilə bağlı peşəkar məsləhət vermək; Satış prosesini həyata keçirmək və satış hədəflərinə nail olunmasına dəstək olmaq; Məhsul nümunələrini və reklam materiallarını təqdim etmək; Satış nöqtəsində məhsulların düzgün nümayişini təmin etmək; Müştərilərlə nəzakətli və peşəkar münasibət qurmaq; Brendin müsbət imicinin formalaşdırılmasına və qorunmasına töhfə vermək; Günlük fəaliyyət və satış nəticələri barədə rəhbərliyə qısa hesabat təqdim etmək. Namizədə tələblər Xanım namizədlər; Yaş: 20–30; Səliqəli xarici görünüş və təqdimat bacarığı; Yüksək ünsiyyət və inandırma bacarığı; Məsuliyyətli, aktiv və komandada işləmək bacarığı; Satış və ya promo sahəsində iş təcrübəsi üstünlükdür, lakin vacib deyil. Şirkət təklif edir Əmək haqqı: 700–1000 AZN (bonus sistemi ilə); Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Təlim və peşəkar inkişaf imkanı; Karyera yüksəlişi perspektivi; Mehriban və dinamik iş mühiti. İş şəraiti Tam ştat; Həftədə 5–6 iş günü. İş yeri: Bakı şəhəri (iri market şəbəkələrinin satış məntəqələri) Maraqlanan namizədlər "Promo və Satış Məsləhətçisi" başlığı ilə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.