Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis - Kontakt Home

Location: Bakı

Təsvir Şirkətin fəaliyyəti və məhsulları haqqında daxili və xarici kommunikasiya kanalları üçün press-relizlərin, çıxış nitqlərinin, məqalələrin, reklam mətnlərinin, bloq yazılarının və vebsayt məzmunlarının hazırlanması və redaktəsi; Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi; PR və KSM layihələri üzrə kommunikasiya planlarının hazırlanması, materialların KİV-də və sosial mediada yayımlanmasına nəzarət edilməsi və nəticələrə dair hesabatların hazırlanması; PR və KSM layihələri ilə bağlı foto və video çəkilişlərinin təşkili və idarə edilməsi; PR və KSM layihələrinin büdcələrinin hazırlanmasında iştirak edilməsi, xərclərin və nəticələrin izlənməsi; KİV-də və sosial mediada şirkət haqqında yayımlanan materialların gündəlik monitorinqi və aidiyyəti rəhbər şəxslərin məlumatlandırılması; Brend nüfuzunun formalaşdırılması, qorunması və böhran kommunikasiyasının idarə edilməsində iştirak edilməsi; Mətbuat konfranslarının, brifinqlərin, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin və press-turların təşkili və işıqlandırılması; Əməkdaşlara yönəlmiş layihələr üzrə daxili kommunikasiya planlarının hazırlanması və həyata keçirilməsində iştirak edilməsi; Şirkətin strategiyasına, məqsədlərinə və dəyərlərinə uyğun korporativ kommunikasiya təşəbbüslərinin hazırlanması və həyata keçirilməsi; Şirkətin KSM prioritetlərinə uyğun sosial layihələrin təklif edilməsi, planlaşdırılması və icrasının koordinasiyası; KSM layihələri üçün qeyri-hökumət təşkilatları, icmalar və digər tərəfdaşlarla əlaqələrin qurulması, əməkdaşlıq imkanlarının qiymətləndirilməsi; KSM layihələrinin məqsəd və nəticə göstəricilərinin müəyyən edilməsi, icra nəticələrinin ölçülməsi və hesabatlaşdırılması; Şirkətin məhsul və xidmətlərinin tanıdılması üçün kommunikasiya ideyalarının təklif edilməsi; BTL promo aksiyaların, reklam aksiyalarının, açılış mərasimlərinin, təqdimatların və sosial yönümlü tədbirlərin təşkili, keçirilməsinə nəzarət və nəticələrinin qiymətləndirilməsi; Podratçı şirkətlərlə əlaqələrin qurulması və işlərinin koordinasiyası; Rəhbərlik tərəfindən verilən digər əlaqəli tapşırıqların yerinə yetirilməsi. İş şəraiti: İş günləri: I-V günlər; İş saatı: 09:00-18:00. Tələblər Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə); Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, Rus və İngilis dili biliyi əlavə üstünlükdür; Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli; Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti; Kommunikasiya və təqdimat bacarığı; Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı; İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı; Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.