Yüklənir...
Location: Bakı
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq. Vəzifə öhdəlikləri: Şirkətin əmlakına və təqdim etdiyi alətlərə düzgün qulluq və istismar edilməsi; Təyin olunmuş sifarişlərin vaxtında qəbul edilməsi və icra edilməsi; Müştəri ilə əvvəlcədən əlaqə saxlayaraq quraşdırma vaxtının dəqiqləşdirilməsi; Ünvanda keyfiyyətli xidmətin göstərilməsinin təmin edilməsi; Mebelin komplektasiyasının və texniki vəziyyətinnın yoxlanılması; İş başa çatdıqdan sonra mebelin funksionallığının yoxlanılması; Müştəri ilə etik davranış qaydalarına riayət edilməsi; Ünvanda görülmüş işlərin düzgün və dəqiq təhvil – təslim edilməsi; Quraşdırma zamanı aşkar edilən qüsurlar və ya risklər barədə dərhal rəhbərliyə məlumat verilməsi; Müştəri ilə etik davranış qaydalarına riayət edilməsi; Müştəriyə mebelin istifadə və qulluq qaydaları barədə məlumat verilməsi. Namizədə tələblər: Orta və Ali təhsil Müəyyən sahələrdə peşəkarlıq (dərəcələri); Analitik bacarıqlar və hesabatların hazırlanması; İş təcrübəsi: 1 il (müvafiq sahə üzrə); Azərbaycan dili (səlis), rus dili (arzuolunandır); MS Office bilikləri; Şəxsi avtomobilin olması. Biz nə təklif edirik: Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Dinamik və müasir iş mühiti; Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti; Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar İş şəraiti: İş qrafiki: 6 günlük; İş yeri: Bakı Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.