Sahə Memarı (Site Architect) - KVAN GROUP MMC

Location: Bakı

İş şəraiti Layihə:  Bahar Residence İş rejimi:  Həftə içi 5 gün, saat 08:00–17:00 Əmək haqqı:  2000 AZN Vəzifə öhdəlikləri: Tikinti sahəsində aparılan işlərin təsdiq olunmuş memarlıq layihələrinə, texniki şərtlərə və tikinti normalarına uyğunluğuna gündəlik nəzarət etmək; Layihə sənədləri ilə faktiki sahə şəraiti arasında yaranan uyğunsuzluqları aşkar etmək və aradan qaldırılması üçün texniki həllər hazırlamaq; Sahədə icrası mümkün olmayan və ya faktiki vəziyyətə uyğun gəlməyən layihə hissələrini yenidən işləmək, düzəlişlər etmək və uyğunlaşdırmaq; Tikinti prosesində memarlıq işlərinin mütəmadi yoxlanılmasını həyata keçirmək, aşkar edilmiş qüsurların aradan qaldırılmasına nəzarət etmək; Memarlıq və interyer həllərinin tikinti sahəsində düzgün tətbiqini təmin etmək; Podratçı və subpodratçıların yerinə yetirdiyi memarlıq və tamamlama işlərinin keyfiyyətini və layihəyə uyğunluğunu yoxlamaq; Memarlıq, konstruksiya və MEP (mexanika, elektrik və santexnika) layihələri arasında uyğunsuzluqları müəyyən etmək və əlaqələndirməni təmin etmək; Sahədə yaranan texniki sualları operativ cavablandırmaq, zəruri hallarda layihəçi təşkilatlarla koordinasiya aparmaq; Layihə dəyişikliklərinin sənədləşdirilməsini və yenilənmiş çertyojların hazırlanmasını təmin etmək; Tikinti işlərinin icra vəziyyəti və aşkar olunmuş uyğunsuzluqlar barədə mütəmadi hesabatlar hazırlamaq; Layihənin memarlıq həllərinin optimallaşdırılması və texniki problemlərin aradan qaldırılması üzrə təkliflər vermək. Namizədə tələblər: Memarlıq ixtisası üzrə ali təhsil; Memarlıq və tikinti sahəsində minimum  4 il iş təcrübəsi ; Yaşayış kompleksləri və çoxmərtəbəli binaların tikintisində iş təcrübəsi üstünlükdür; AutoCAD, ArchiCAD və ya Revit proqramlarında peşəkar səviyyədə işləmə bacarığı (vacibdir); 3D modelləşdirmə və layihə sənədlərinin hazırlanması üzrə praktiki biliklər; Memarlıq işçi layihələrini, detalları və texniki çertyojları sərbəst oxumaq və hazırlamaq bacarığı; Tikinti norma və qaydaları, materiallar və tikinti texnologiyaları üzrə biliklər; Sahədə ölçü götürmək, faktiki vəziyyəti layihə ilə müqayisə etmək və operativ texniki həllər hazırlamaq bacarığı; Podratçılar və layihəçilərlə effektiv kommunikasiya qurmaq bacarığı; Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyət hissi; Komandada işləmək və operativ qərarvermə bacarığı. Təklif edirik: Aylıq sabit əmək haqqı:  2000 AZN ; Böyükmiqyaslı yaşayış kompleksi layihəsində iştirak imkanı; Peşəkar və dinamik iş mühiti; Karyera və peşəkar inkişaf imkanları; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .