Power BI üzrə aparıcı mütəxəssis - LANDAU Education Group

Location: Bakı

Təsvir Power BI-da müntəzəm hesabatlar və məlumat lövhələri yaratmaq və saxlamaq, o cümlədən vizuallaşdırma və analitik nəticələr təqdim etmək; Şirkət daxilində əməkdaşların sorğularına əsasən müvafiq hesabatlar hazırlamaq; Dataların keyfiyyətini yoxlamaq, emal etmək və vaxtında təqdim etmək; Power BI proqram təminatı ilə rəhbərlər üçün qərarvermə prosesinə təsir edəcək analitik təhlilləri təqdim etmək; Power BI dashboard-larının vizual dizaynını təkmilləşdirmək, istifadəçi dostu və vizual olaraq təsirli interfeislər hazırlamaq; Verilənlərin toplanması, təhlili və təmizlənməsi üzrə işləri həyata keçirmək, müxtəlif mənbələrdən əldə olunan məlumatları uyğun formatlara salmaq və emal etmək; Məlumat keyfiyyətinin təmini və məlumatlarda boşluq, təkrarlanma, uyğunsuzluq kimi problemləri aşkarlayaraq aradan qaldırmaq; Verilənlərə əsaslanan qərarvermə proseslərinin gücləndirilməsi üçün analitik yanaşmanı təşkilat daxilində təşviq etmək. Tələblər Ali təhsil (Biznesin İdarə edilməsi, İqdisadiyyat, Tətbiqi riyaziyyat üzrə ali təhsilin olması arzu olunandır);  Excel üzərindən hesabatların hazırlanması və ya Power BI üzrə dashboard-ların yaradılması üzrə minimum 2 illik iş təcrübəsi; Microsoft Excel proqram təminatından yüksək səviyyədə istifadə etmək bacarığı; Analitik düşüncə və məlumatların təmizlənməsi, keyfiyyət yoxlanması üzrə bacarıqlar; Power BI və Microsoft Excel üzrə sertifikatların olması arzuolunandır; Analitik işlərdə dəqiq və səliqəli yanaşma; Yüksək səviyyədə Azərbaycan dili, rus dili və ingilis dili biliyi arzuolunandır. Biz nə təklif edirik: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə); İş yeri: Bayıl (servis xidməti mövcuddur); Könüllü tibbi sığorta; Həyat yığım sığortası; Uşaqlara məktəb endirimləri; Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı; Peşəkar inkişaf imkanı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.