Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Elektron əməliyyatların monitorinqi komandası işinin təşkili və idarə olunması, Beynəlxalq Ödəniş Sistemlərinin qaydalarına və bankın daxili prosedurlarına uyğun şəkildə; Bank kartları ilə fırıldaqçılıq səviyyəsinin göstəricilərinin təhlili və nəzarəti, tendensiyaların, ssenarilərin və yeni fırıldaqçılıq sxemlərinin müəyyənləşdirilməsi, həmçinin onların minimallaşdırılması üçün tövsiyələr və fəaliyyət planının hazırlanması; Fırıldaqçılıq insidentləri və şöbənin fəaliyyəti üzrə hesabatların daxili normativlərə və Mərkəzi Bankın tələblərinə uyğun tərtib edilməsi və təqdim olunması; Antifraud qaydalarının və monitorinq məntiqinin hazırlanmasında iştirak, antifraud sistemlərində preventiv mexanizmlərin tətbiqi; Komandanın KPI göstəricilərinə nəzarət, o cümlədən reaksiyanın vaxtında verilməsi, fırıldaqçılığın qarşısının alınma səviyyəsi və müraciətlərin keyfiyyətli emalı üzrə; Komandanın təlimi və inkişafı: təlimlərin təşkili, skript və qaydaların yenilənməsi, əməkdaşların ixtisasartırma sahələrinin müəyyən edilməsi, təlimatların hazırlanması; Motivasiya sistemlərinin işlənib hazırlanması və əməkdaşların fəaliyyətinin müntəzəm qiymətləndirilməsi, KPI göstəricilərinə nəzarət və peşəkar inkişaf üçün fərdi görüşlərin təşkili; Qeyri-standart hallara (kütləvi hücumlar, kritik nasazlıqlar və s.) operativ reaksiya, araşdırmaların aparılması, digər bölmələrlə koordinasiya. Tələblər: Ali (və ya natamam ali) təhsil – iqtisadiyyat, maliyyə və ya oxşar sahələr üzrə; Bank və ya fintex sahəsində elektron əməliyyatların monitorinqi və ya müraciətlərin emalı üzrə azı 1,5 il iş təcrübəsi; İnternet-ekvayrinqin və bank kartları ilə ödəniş proseslərinin (o cümlədən CNP əməliyyatları, 3DS, çarcbek prosedurları) işləmə prinsiplərinin bilikləri; İngilis dili biliyi – ən azı Upper Intermediate səviyyəsində; Proaktiv mövqe, çeviklik, məsuliyyətə hazır olmaq, dəyişikliklər və transformasiyalarda təşəbbüskarlıq; Yüksək idarəetmə və kommunikasiya bacarıqları, komandaya motivasiya vermək və onu inkişaf etdirmək qabiliyyəti; Yüksək səviyyədə özünü təşkil etmə, analitik düşüncə, böyük həcmli məlumatlarla işləmək və qeyri-müəyyən şəraitdə əsaslandırılmış qərarlar qəbul etmək bacarığı; Şifahi və yazılı ünsiyyət bacarıqları: məlumatı aydın və strukturlaşdırılmış şəkildə çatdırmaq, analitik müzakirələr aparmaq və kross-funksional komandalarla əməkdaşlıq etmək bacarığı. Üstünlük veriləcək namizədlər: Startap mühitində (xüsusən yüksək avtomatlaşdırılmış mühitdə) iş təcrübəsi; Sürətlə dəyişən və ya startap şəraitində proseslərin sıfırdan qurulması təcrübəsi; İT komandaları ilə əməkdaşlıq və antifraud həllərinin tətbiqində iştirak təcrübəsi. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .