Yüklənir...
Location: Bakı
Vəzifə tələbləri: Ali və ya orta ixtisas təhsili; Kredit və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi; Analitik düşünmə və riyazı təhlil etmə bacarığı; Stress altında işləmə bacarığı. Məsuliyyətli, dəqiq və kollektivlə işləmə bacarığı. Kredit məhsulları, maliyyə təhlili və kredit riskləri haqqında biliklər; Güclü ünsiyyət, təqdimat və müştərilərlə işləmək bacarığı; İşin təsviri: Yeni müştərilərin cəlb edilməsi və aktiv satış fəaliyyətinin həyata keçirilməsi; Mövcud müştərilərlə əlaqələrin qorunması və müştəri bazasının genişləndirilməsi; Müştərilərə kredit məhsulları, şərtləri və müraciət prosesi barədə ətraflı məlumat verilməsi; Kredit müraciətlərinin qəbulu, ilkin qiymətləndirilməsi və müştərilərin ödəmə qabiliyyətinin təhlili; Kredit sənədlərinin düzgün və tam hazırlanmasının təmin edilməsi; Kredit portfelinin formalaşdırılması, idarə olunması və ödənişlərə nəzarət edilməsi; Müəyyən edilmiş kredit hədəflərinin yerinə yetirilməsi; Şirkətin daxili qaydalarına, kredit siyasətinə və xidmət standartlarına riayət olunması. İş şəraiti: İş saatı 09:00-18:00 dək Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə İş yeri: İmişli şəhəri Əmək haqqı razılaşma yolu ilə. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “ Kredit mütəxəssisi ” başlığı ilə göndərə bilərlər.