Satınalma üzrə mütəxəssis - Norm OJSC

Location: Bakı

Hazırda şirkətimizə Satınalma üzrə mütəxəssis tələb olunur. İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km Tələblər: İqtisadiyyat, idarəetmə və/yaxud maliyyə üzrə ali təhsil  Ən azı 2–3 il iş təcrübəsi; çoxsahəli satınalma təcrübəsi üstünlükdür. Əla səviyyədə MS Office biliyi Əla səviyyədə ingilis dili biliyi CIPS sertifikasiyasına üstünlük verilir Tələb olunan kompetensiyalar: Müştəriyönümlülük Əməyin mühafizəsi qaydalarından xəbərdar olma Bütövlük Yenilikçilik Əsas vəzifə və öhdəliklər: Satınalmanın təşkili: 3 törəmə müəssisənin hər biri üzrə illik satınalma dəyəri 150 000 AZN-ə qədər olan bütün əməliyyat xarakterli alışların (avadanlıq, ehtiyat hissələri, alətlər, xidmətlər və digər istismar materialları) qrupun satınalma qaydalarına uyğun sorğu, təkliflərin müqayisəli təhlili və vaxtında/sərfəli satın alınması, tədarükü. Törəmə şirkətlərin təchizatçılarının ilkin və təkrar qiymətləndirilməsi prosesinin aparılması  Törəmə müəssisələr üzrə təchizatçıların satınalma sənədlərinin vaxtında təhvil verilməsinə nəzarət etmək və müvafiq müəssisənin Maliyyə şöbəsinə ayın vaxtında bağlanışı üçün təhvil verilməsi. Alış Tələbnamələrini vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma müddəti və şərtlər cəhətdən müqayisəli təhlili və ən sərfəli təchizatçının seçilməsi. Tullantıların İdarə Olunması Proseduruna müvafiq olaraq Satınalma və logistika şöbəsinə aid məsuliyyətlər üzrə müvafiq əməliyyatların yerinə yetirilməsi Tələbə əsasən təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması Törəmə müəssisələr üzrə təchizatçı seçimi formasının və alış sifarişlərinin hazırlanması. Çatdırılmaların hər bir törəmə müəssisənin əməliyyat ehtiyaclarına uyğun əlaqələndirilməsi. Sənədlərin müvafiq müəssisədə tətbiq olunan idarəetmə sistemi standartlarına (ISO 9001 və s.) uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq. Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək Biz nə təklif edirik: Könüllü tibbi siğorta Nəqliyyat Şəxsi və peşəkar inkişaf imkanları İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti Digər imtiyazlar CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.