Yüklənir...
Location: Bakı
Təsvir Satış dəstəyi komandasının fəaliyyətinə nəzarət etmək və müştəri xidmətinin yüksək standartlarını təmin etmək; Müştəri sifarişlərinin vaxtında və effektiv icrası üçün İnventar və Logistika strukturları ilə koordinasiyanı təmin etmək; Mürəkkəb müştəri müraciətlərinin həllini təşkil etmək və komanda üzvlərinə metodoloji dəstək göstərmək; Satış dəstəyi proseslərinin səmərəliliyini və müştəri məmnuniyyətini artırmaq üçün təkmilləşdirmə tədbirləri həyata keçirmək; Komandanın fəaliyyətini qiymətləndirmək, əməkdaşların peşəkar inkişafını və təlimini təşkil etmək; Müştəri məlumat bazasının CRM və digər müvafiq sistemlərdə düzgün aparılmasını və yenilənməsini təmin etmək; Satış göstəriciləri üzrə hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək; Satış strukturu ilə digər struktur bölmələri arasında effektiv kommunikasiya və koordinasiyanı təmin etmək; Satış strukturunda tətbiq olunan proseslərin fasiləsiz və effektiv fəaliyyətinə nəzarət etmək; Mağazaların maddi vəsait ehtiyaclarını müəyyənləşdirmək, təminat prosesini əlaqələndirmək və nəzarətdə saxlamaq; Marketinq kampaniyalarının effektivliyini artırmaq məqsədilə müştəri məlumatları və rəyləri ilə dəstək göstərmək; Satış dəstəyi fəaliyyətlərinin daxili prosedurlara və şirkət siyasətlərinə uyğunluğunu təmin etmək. İş qrafiki: 5 günlük 09:00-18:00 Tələblər Təhsil: Biznes, marketinq və ya əlaqəli sahə üzrə ali təhsil. Təcrübə: Pərakəndə satış, müştəri xidməti və ya satış dəstəyi sahəsində minimum 4 il iş təcrübəsi; İdarəetmə sahəsində təcrübə. Peşəkar bilik və bacarıqlar: CRM alətləri və POS sistemləri üzrə qabaqcıl biliklər; Satış göstəricilərinin təhlili və analitik nəticələrin formalaşdırılması bacarığı; Pərakəndə satış bazarının tendensiyaları və istehlakçı davranışları üzrə biliklər; Əməkdaşların təlimi, inkişafı və mentorluğu üzrə təcrübə. Şəxsi keyfiyyətlər: Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı; Dəyişən prioritetlərə uyğunlaşma və dinamik iş mühitində effektiv fəaliyyət göstərmək bacarığı. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Karyera yüksəlişi Servis ximdəti Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.