Location: Bakı
Əməkhaqqı: Müsahibə nəticəsinə əsasən təyin edilir. Vəzifə öhdəlikləri: Şirkətin büdcə planlaması və proqnozlaşdırılması prosesində iştirak etmək, müvafiq maliyyə məlumatlarını toplamaq və təhlil etmək; Büdcə göstəricilərinin icrasını izləmək, faktiki nəticələri plan göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaların səbəblərini təhlil etmək; Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək; Departamentlər üzrə xərcləri təhlil etmək, xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq; Maliyyə göstəriciləri və büdcə icrası üzrə analitik hesabatlar hazırlamaq, nəticələri və müvafiq təklifləri rəhbərliyə təqdim etmək. Tələblər: Ali təhsil və müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Excel və ingilis dili bilikləri; ACCA sertifikatı; Güclü ünsiyyət, komanda işi və işə planlı yanaşma bacarığı. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis” qeyd etməklə göndərə bilərlər.