Location: Bakı
Rahat Supermarketlər şəbəkəsi Kassir vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri Alıcılara fasiləsiz, operativ və keyfiyyətli kassa xidməti göstərmək. Müştərilər və iş yoldaşları ilə nəzakətli, mehriban və gülərüz ünsiyyət qurmaq, şirkətin müştəri xidməti standartlarına riayət etmək. Kassa xidməti zamanı müştərilər üçün rahat və əlverişli şərait yaratmaq, növbələrin yaranmasının qarşısını almaq üçün operativ tədbirlər görmək. Kassa əməliyyatlarını müəyyən edilmiş qayda və prosedurlara uyğun, dəqiq və düzgün həyata keçirmək. Alıcılar tərəfindən ödənilən pul vəsaitlərinin nəzarət-kassa aparatında düzgün əks etdirilməsini və ödənişlərin müəyyən edilmiş qaydada qəbul edilməsini təmin etmək. Nəzarət-kassa aparatında əks olunan ödəniləcək məbləği müştəriyə aydın şəkildə bildirmək və nağd, bank kartı və digər təsdiq edilmiş ödəniş vasitələri ilə ödənişləri qəbul etmək. Nağd ödəniş zamanı müştəriyə qaytarılmalı pul qalığını düzgün hesablamaq və kassa çeki ilə birlikdə sayaraq müştəriyə təqdim etmək. Kassa çeki və pul qalığı təqdim edildikdən sonra məhsulların paketlərə düzgün və səliqəli şəkildə yerləşdirilərək müştəriyə təhvil verilməsini təmin etmək. Müştərilərin qarşılanması və yola salınması zamanı şirkətin müştəri xidməti standartlarına uyğun ünsiyyət formalarından istifadə etmək. Kassaya yaxın ərazidə yerləşən və kassirə təhkim edilmiş malların səliqəli düzülüşünə, qiymət etiketlərinə və son istifadə tarixlərinə nəzarət etmək, müəyyən edilmiş qaydada inventarizasiyasını aparmaq. Kassa növbəsinin sonunda kassada olan pul vəsaitlərini və müvafiq kassa hesabatlarını müəyyən edilmiş qaydada mağaza rəhbərliyinə təhvil vermək. Malların qaytarılması əməliyyatlarını yalnız müəyyən edilmiş prosedurlara, tələb olunan sənədlərə və mağaza rəhbərliyinin təsdiqinə uyğun həyata keçirmək. Kassa zonasını daim təmiz, səliqəli və müştərilər üçün əlverişli vəziyyətdə saxlamaq. Təsdiq edilmiş iş formasından (uniforma) istifadə etmək, xarici görünüş və şəxsi gigiyena tələblərinə riayət etmək, iş vaxtı ərzində yaxa kartını üzərində daşımaq. Müştəri axınının yüksək olduğu pik saatlarda mağaza rəhbərinin tapşırığı ilə satış zalında çalışan əməkdaşlara dəstək göstərmək. İş gününün sonunda kassanı və ona aid satış nöqtəsini təmiz, səliqəli və müəyyən edilmiş standartlara uyğun vəziyyətdə təhvil vermək. İş fəaliyyəti zamanı şirkətin daxili intizam qaydalarına, müştəri xidməti standartlarına və müəyyən edilmiş prosedurlara riayət etmək. Şirkətin etik davranış qaydalarına və korporativ davranış standartlarına riayət etmək. Tələblər Təhsil: Orta, peşə təhsili və ya ali İş təcrübəsi: Vacib deyil Cins: Bəy və Xanım namizədlər Kollektivlə işləmək bacarığı Tələbələrin müraciət etməsi mümkündür İş şəraiti: İş qrafiki: 6 günlük iş həftəsi İş vaxtı: 3 növbəli İş yeri: Rahat Supermarketlər şəbəkəsi Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Əlaqə nömrəsi: Zəng və WhatsApp: 055 333 66 03 WhatsApp: 055 909 23 99