Location: Bakı
Vəzifə öhdəlikləri Mebel məhsullarının hazırlanması və yığılması prosesini həyata keçirmək; Mebel hissələrinin ölçülərinə uyğun olaraq kəsilməsi, emalı və montajını həyata keçirmək; Çertyoj və ölçülərə uyğun olaraq mebel konstruksiyalarının hazırlanmasını təmin etmək; Mebel hissələrinin düzgün və keyfiyyətli şəkildə birləşdirilməsini həyata keçirmək; Mebel və avadanlıqların təmir və bərpa işlərini yerinə yetirmək; İş zamanı istifadə olunan alət və avadanlıqlardan düzgün və təhlükəsiz istifadə etmək; Hazırlanan məhsulların keyfiyyətinə və səliqəli görünüşünə diqqət yetirmək; İş yerində təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət etmək. Namizədə tələblər Mebel ustası və ya müvafiq sahədə iş təcrübəsinin olması; Mebel hazırlanması və montajı üzrə praktiki bacarıqlara malik olmaq; Əl alətləri və müvafiq avadanlıqlardan istifadə bacarığı; Ölçü və çertyojlarla işləmə bacarığı; Səliqəli, məsuliyyətli və diqqətli olmaq; İş intizamına riayət etmək; Komandada işləmək bacarığı. İş şərtləri İş yeri: Soliton Anbar (Şamaxı yolu 15-ci km) İş saatları: 09:00 – 18:00 Əmək haqqı: 600 – 700 AZN (başlanğıc maaş) Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə sənədləşdirmə Nahar yeməyi şirkət tərəfindən təmin olunur. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.