Yüklənir...
Location: Bakı
İş şəraiti İş qrafiki: Həftənin 5 günü : 09:00-dan 18:00-dək Şənbə və bazar qeyri iş günüdür Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə Əmək haqqı: 2000-2500 AZN Ünvan: 8 noyabr prospekti, Blue Residence. Tələblər Ali təhsilli 30-35 yaş arası namizədlər MC Office və 1C (8.3) mühasibatlıq proqramını yaxşı səviyyədə bilmək Baş mühasib vəzifəsi üzrə 3 il iş təcrübəsi Dil bilikləri: Azərbaycan dili, Rus dili yüksək səviyyədə bilmək. Vəzifə öhdəlikləri 1C mühasibatlıq proqramında işləmək bacarağı. Əməliyyatlarının 1C 8.3 proqramına daxil edilməsi. Mühasibat (maliyyə) hesabatlarının vaxtında hazırlanması və təqdim edilməsi. Şirkətin maliyyə vəziyyəti, pul axını və debitor borcları üzrə hesabatların hazırlanması. Daxil edilmiş məlumatların mühasibat hesablarına düzgün daxil olunmasının yoxlanılması. Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək. Kassa, Bank, debitor kreditor və s. əməliyyatları bilməli. Bank əməliyyatlarının və ödəniş tapşırıqlarının hazırlanması və izlənməsi Satış sənədlərində məlumatların düzgünlüyünü yoxlamaq. Debitor və kreditor borc üzrə hesabatların hazırlanması. Aylıq ƏDV, rüblük muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə, rüblük ÖMV, aylıq statistika hesabtların təqdim edilmə bacarığı. Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və vaxtında təqdim olunması. Audit yoxlamaları zamanı lazımi sənədlərin hazırlanması və təqdim olunması. E-taxes.gov.az (online kargüzarlıq, e-qaimə, depozit hesabı və s.) işləmə bacarığı. Məsulliyyətli, ünsiyyətcil və kollektivdə işləmək bacarığına malik olmalı. Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirmək. Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Baş mühasib” qeyd edərək CV formasını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməklə müraciət edə bilərlər.