Yüklənir...
Location: Bakı
Wellmechs MMC şirkəti inşaat sektorunda binalarda İsitmə, Soyutma, Havalandırma (HVAC), Zəif Axın (ELV), Elektrik Güc sistemləri, Yanğınla mübarizə sistemlərinin layihələndirilməsi, quraşdırılması və servisi işlərini həyata keçirməkdədir. Wellmechs MMC Document Controller vakansiyasını açıq elan edir. Vəzifə öhdəlikləri: Sifarişçiyə və ana şirkətə yeni işçilərin məlumatları, qonaqların qarşılanması, iş vaxtından əlavə çalışan əməkdaşlar və digər inzibati məsələlərlə bağlı məlumatların vaxtında e-mail vasitəsilə göndərilməsini təmin etmək; İşçilərin gündəlik davamiyyət və iş vaxtı üzrə tabel məlumatlarını hazırlamaq, yoxlamaq və müvafiq sistemdə qeydiyyatını aparmaq; Gündəlik davamiyyət məlumatlarını toplamaq, yoxlamaq və aidiyyəti şəxslərə təqdim etmək; Yeni işə başlayan əməkdaşların məlumatlarını hazırlamaq və aidiyyəti tərəflərə təqdim etmək; Rəhbərliyin tapşırıqlarına uyğun olaraq inzibati, sənədləşmə və digər cari işləri həyata keçirmək; Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasına dəstək olmaq. Tələb olunanlar: Yaş: 20-35 Kompüter bilikləri: MS Office Dil bilikləri: ingilis dili (orta) Bəy namizədlər tələb olunur İş şəraiti Tam iş günü; 6 günlük iş qrafiki; İş yeri: Bakı şəhəri, Xəzər rayonu. Əmək haqqı: 700 Azn İşçilərin iş yerinə şirkət tərəfindən nəqliyyatla təmin olunması; Maraqlanan namizədlərin, 0102362535 nömrəsi ilə əlaqə saxlamaqları və ya öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.