Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Bank ödənişlərinin həyata keçirilməsi; Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması; Müqavilələrin və digər daxil olan sənədlərin üzləşdirilərək yoxlanılması, düzgünlüyünə nəzarət edilməsi; Mühasibat uçotunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi; Aylıq, rüblük və illik vergi (ÖMV, gəlir, mənfəət və s.), DSMF və Statistika hesabatlarının tərtib edilməsi və göndərilməsi; Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi; Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət edilməsi və təhlili; Vergilərin və digər məcburi ödənişlərin hesablanması və ödənilməsi; Mühasibat uçotunun “1C 8.3.” kompüter proqramı vasitəsilə mühasibat uçotunun beynəlxalq standartlarına və uçot qaydalarına uyğun aparılmasında və müxabirləşmələrin verilməsində iştirak edilməsi; Maliyyə uçotunun aparılmasında, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun maliyyə hesabatlarının layihələrinin hazırlanmasında və aidiyyətı üzrə təqdim edilməsində iştirak edilməsi; Kənar audit üçün tələb olunan məlumatların və sənədlərin auditə təqdim edilməsini təmin etmək; Əmlakın və öhdəliklərin inventarizasiyasının həyata keçirilməsində və nəticələrinin rəsmiləşdirilməsində iştirak edilməsi; Rəhbərlik tərəfindən verilən gündəlik (həftəlik, aylıq) işlərin icrasını nəzarətdə saxlanılması. Namizədə dair tələblər: Təhsil səviyyəsi: Ali (Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü üstünlükdür) ; İş təcrübəsi: müvafiq sahədə minimum 1 il; Peşəkar mühasib sertifikatının olması mütləqdir ; Kompüter bilikləri: 1C, MS Office (Excel - yaxşı səviyyədə); İlkin mühasibat uçotu bilikləri ; “Internet banking” sistemində işləmək bacarığı ; Vergi Məcəlləsi və digər aidiyyəti qanunvericilik üzrə biliklər ; Azərbaycan dili, Rus və ingilis dili biliyi ACCA sertifikatlarının olması üstünlükdür Operativlik, dəqiqlik, müştərilərlə ünsiyyət qurma bacarığı, kollektivdə komanda ilə işləmə bacarığı. İş qrafiki və şərtləri: İş saatları 09:00 - 18:00; Nahar fasiləsi: 13:00 -14:00 ; Şənbə və Bazar istirahət günü ; İş yeri: Bakı, Nəsimi rayonu, Winter Park Plaza; Əmək haqqı: razılaşma yolu ilə. Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, Mövzu hissəsində "Jooble.az - Mühasib" qeyd etməklə göndərmələri xahiş olunur. e-mail: office@khamsa-insurance.com