İcra departamentinin rəhbəri - KOLLEKTA MMC

Location: Bakı

Vəzifə öhdəlikləri:  Problemli kredit portfelinin icra mərhələsinə ümumi rəhbərliyi həyata keçirmək, departamentin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və nəzarətdə saxlamaq; İcra məmurları, məhkəmələr, dövlət qurumları və digər aidiyyəti təşkilatlarla effektiv əməkdaşlığı təşkil etmək, icra proseslərinin operativ və qanunvericiliyə uyğun aparılmasını təmin etmək; İcra sənədlərinin icra vəziyyətinə gündəlik nəzarət etmək, gecikmələrin səbəblərini təhlil etmək və nəticəyönümlü tədbirlər həyata keçirmək; Borcluların əmlak və gəlirlərinin müəyyən olunması, üzərinə tutmanın yönəldilməsi və digər icra tədbirlərinin effektiv icrasına nəzarət etmək; Departament əməkdaşlarının fəaliyyətini idarə etmək, KPI-lərin icrasını izləmək, əməkdaşların inkişafı və motivasiyasını təmin etmək; Problemli kreditlərin geri qaytarılması üzrə strategiyaların hazırlanması və tətbiqində iştirak etmək; İcra prosesləri üzrə riskləri müəyyən etmək, rəhbərliyə təkliflər təqdim etmək və proseslərin optimallaşdırılmasını həyata keçirmək; Departament üzrə aylıq, rüblük və illik hesabatları hazırlamaq, nəticələri rəhbərliyə təqdim etmək; Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və departament fəaliyyətinin həmin dəyişikliklərə uyğun təşkil olunmasını təmin etmək. Tələblər: Ali təhsil (Hüquq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar); Problemli kreditlər, məhkəmə və icra sahəsində minimum 5-7 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi; "İcra haqqında", Mülki Prosessual Məcəllə və digər aidiyyəti normativ hüquqi aktlar üzrə dərin biliklər; Analitik düşünmə, komandanın idarə olunması və qərarvermə bacarıqları; Yüksək səviyyədə danışıqlar aparmaq və təqdimat bacarığı; MS Office proqramlarında sərbəst işləmək; Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür; Sürücülük vəsiqəsinin olması üstünlükdür. İş barədə məlumat: Əmək haqqı: 1500 AZN net + bonus sistemi (ümumi gəlir 4000 AZN+) İş yeri: Bakı şəhəri, Nərimanov rayonu; Komfortlu ofis şəraiti və peşəkar komanda; 5 günlük iş qrafiki: Bazar ertəsi – Cümə, 10:00–19:00. CV-lərinizi “ İcra departamentinin rəhbəri” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt   ünvanına göndərməyiniz xahiş olunur. Qeyd : Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır