Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Müştərilərin kredit ödənişlərinin gecikmələrinin təhlili və izlənilməsi; Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yüklənilməsi; Problemli kreditlərin geri qaytarılması üçün müştərilərlə əlaqə saxlanılması; Müştərilərlə danışıqlar aparmaq, borcun restrukturizasiyası və ödəmə şərtlərinin dəyişdirilməsi imkanlarının təklif edilməsi; Müştərilərin maliyyə vəziyyətini qiymətləndirərək uyğun həll yollarının tapılması; Təyin olunmuş portfelin idarə olunması; Fəaliyyəti ilə bağlı müxtəlif hesabatların hazırlanması. Tələblər: Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq); Müvafiq sahə üzrə 2 il iş təcrübə tələb olunur; 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür; Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı; Dəqiqlik, detallara fikir vermək qabiliyyəti. Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür Bəy namizədlərə üstünlük verilir. İş barədə məlumat: Əmək haqqı: 1000-1400 AZN İş yeri: Bakı şəh, Nərimanov rayonu Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda 5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00 CV-lərinizi “Problemli kreditlər üzrə mütəxəssis” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.