İradların həlli üzrə inzibatçı - Kontakt Home

Location: Bakı

Təsvir Daxil olan irad müraciətlərinin qəbul edilərək araşdırılması, eyni zamanda digər sualların operativ cavablandırılması; Müştərilərin irad və təkliflərinin dinlənilməsi və aidiyyatı üzrə yönləndirilməsi; Qəbul olunan zənglərin sistemdə qeydiyyatının aparılması; Zərurət olduğu halda geri dönüş zənglərinin edilməsi; Hər ayın son iş günü mövcud olan problemlərlə bağlı hesabatın hazırlanması; Bir başa rəhbərlərinin tapşırıqlarının qısa müddətdə həll edilməsi. Tələblər Ali təhsil; Səlis Azərbaycan və rus dili biliyi; Microsoft Office proqramlarında işləmə bacarığı; 1C və ERP proqramları üzrə biliklər arzuolunandır; Müştərilərlə ünsiyyət qurma bacarığı; Səlis və aydın intonasiya ilə danışıq bacarığı; Məsuliyyətlilik və inkişafa meyillilik; Stresə davamlılıq; Kollektivdə komanda ilə işləmə bacarığı. İş şəraiti: İş günləri: 5 iş günü, 2 gün istirahət; İş saatı: 09:00-18:00 / 10:00-19:00. Vakansiya növü - Tam ştat Əmək haqqı 650 - 900 AZN Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.