Yüklənir...
Location: Bakı
Təsvir: Daxil olan sifarişlər əsasında tələbatın düzgün analiz edilərək formalaşdırılması; Müştəri tələblərinə uyğun təklif paketlərinin hazırlanması və alternativ məhsul seçimlərinin təqdim edilməsi; Topdan satış üzrə sənədləşmə işlərinin aparılması və arxivləşdirmə prosesində sənədləşmə inzibatçısına dəstək göstərilməsi; Satış və satışdan sonrakı proseslərin tam və effektiv şəkildə izlənilməsi; Müştəri məmnuniyyətinin ölçülməsi, təhlili və qorunması istiqamətində tədbirlərin görülməsi; Ödənişlərin mütəmadi izlənilməsi, gecikmiş ödənişlərlə bağlı müştərilərin məlumatlandırılması və ödənişlərin yığılmasının təmin edilməsi; Sifarişlərin sistemə daxil edilməsi və çatdırılma prosesinə nəzarət edilməsi; Dövri hesabatların hazırlanması və struktur rəhbərinə təqdim edilməsi; Verilən tapşırıqların vaxtında və keyfiyyətli icrasının təmin edilməsi; Servis problemlərinin operativ həllinə nəzarət edilməsi; Qiymət siyahılarının hazırlanması və yenilənməsi. İş şəraiti: İş günləri: I-V günlər; İş saatları: 09:00 – 18:00. Tələblər: Ali təhsil (üstünlük təşkil edir); Topdan satış sahəsində minimum 2 il iş təcrübəsi; Azərbaycan dilini səlis bilmə, rus dili biliyi üstünlük, ingilis dili biliyi arzuolunandır; MS Office proqramları ilə işləmə bacarığı; Analitik düşünmə və effektiv qərarvermə bacarığı; Müştəriyönümlü yanaşma və güclü kommunikasiya bacarıqları. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.